İsmayıllı: Rayonda “KOB Dostu” fəaliyyətə başlayıb
Region

İsmayıllı: Rayonda “KOB Dostu” fəaliyyətə başlayıb

İsmayıllı rayonundaKOB Dostu” (Kiçik Orta Biznes) fəaliyyətə başlayıb.

Mövcud pandemiya qaydalarına uyğun olaraq sahibkarların, yerli icra hakimiyyətinin müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə KOB-un Uşaq Yaradıcılıq İnkişaf Mərkəzində tədbiri keçirilib.

Keçirilmiş tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov çıxış edərək qonaqları salamlayıb, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Kiçik Orta Biznesin İsmayıllıda inkişaf etidirilməsi üçün çoxlu imkanlarının olduğunu, “KOB Dostunun fəaliyyətinin rayonda kiçik orta sahibkarlığın inkişafında, sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni biznes sahələrinin yaranmasında əhəmiyyətli olacağını qeyd edib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov agentliyin fəaliyyəti KOB Dostumexanizmi barədə məlumat verib. Sahibkarlara yerində dəstəyin təmin olunması üçün ölkənin digər şəhər rayonlarında da KOB dostlarının fəaliyyətinin nəzərdə tutulduğunu vurğulayan Orxan Məmmədov sahibkarlarıKOB Dostuilə fəal əməkdaşlığa dəvət edib. Qeyd edək ki, İsmayıllı rayonu üzrəKOB Dostuofisi Heydər Əliyev parkında yerləşən Uşaq Yaradıcılıq İnkişaf Mərkəzində fəaliyyət göstərəcək.

Kəndlərdə 15 qonaq evi

Kəndlərdə sahibkarlığın özünüməşğulluğun inkişafılayihəsi çərçivəsində tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Kiçik Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sifarişi Dövlət Məşğulluq Agentliyinin dəstəyi əsasındaOdlar YurduGənclər İctimai Birliyi İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ərsəyə gəlib.

Mövcud pandemiya qaydalarına uyğun keçirilən tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Kiçik Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, əmək əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, eləcə bir sıra dövlət qurumlarının müxtəlif QHT-lərin nümayəndələri iştirak edib. Onlar İsmayıllı rayonuna məxsus ənənəvi fəaliyyət sahələrinə dair stendlərlə tanış olublar.

Tədbirdə çıxış edən rayonun rəhbəri ilk olaraq qonaqları salamlayıb, tədbirin İsmayıllıda təşkil olunmasına görə KOB rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, İsmayıllı çox gözəl təbiəti, bərəkətli torpaqları, mehriban insanları ilə seçilir. Turizm potensialına görə regionlar arasında qabaqcıl olan İsmayıllıda çox gözəl yaratmaq imkanları var. Bu imkanlardan istifadə edərək burada turizmi sanatoriyaları inkişaf etdirmək olar.

Çıxışçılar bildiriblər ki, yerli xarici turistlərə qonaqlama xidməti göstərəcək kənd qonaq evləri İsmayıllı rayonunun Buynuz, Xanagah, Topçu, Təzəkənd, Sumağalı kəndlərində Lahıc qəsəbəsində yerləşir. KOBİA-nın dəstəyi ilə kənd qonaq evləri əsaslı şəkildə təmir edilib onların sahiblərinin turizm xidmət sahələrində bilik bacarıqlara yiyələnməsi üçün silsilə təlimlər təşkil olunub. Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində qonaq evləri müvafiq avadanlıqlarla (divan kreslo, stol stul, yataq dəstləri, qarderob, soyuducu, kondisioner, televizor, mikrodalğalı soba, tozsoran, mətbəx ləvazimatları s.) təmin olunub.

Xatırladaq ki, layihənin icrasına 2020-ci ilin sentyabr ayından başlanılıb. İsmayıllı rayonunda 15 sahibkarlıq obyekti - kənd qonaq evi istifadəyə verilib. Tədbir iştirakçıları kənd qonaq evləri ilə tanış olub, onlara layihə çərçivəsində görülmüş işlər barədə ətraflı məlumat verilib.

Hacıhətəmli kənd sakinləri ilə görüş

Kənd sakinləri ilə görüşdə rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov iştirak edib.

Mövcud pandemiya qaydalarına uyğun olaraq təşkil olunmuş səyyar qəbulda kənd sakinlərinin problemləri dinlənilib.

Vətəndaşların müraciətləri dinlənildikdən sonra rayon icra hakimiyyətinin başçısı tərəfindən mövcud çatışmazlıqların qısa zamanda həlli üçün əlaqədar yerli orqanların nümayəndələrinə müvafiq tapşırıqlar verilib. Kənd əhalisi tərəfindən verilən təkliflərlə bağlı fikir bildirən rayon rəhbəri qeyd edib ki, qaldırılan məsələlər ətraflı öyrənildikdən sonra onların həlli istiqamətində lazımi tədbirlər görüləcəkdir.

Sakinlər görülən işlərə, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Rasim AMANOV,

Respublika”.