Kənd təsərrüfatı naziri Şamaxıda vətəndaşları qəbul edib
Sosial həyat

Kənd təsərrüfatı naziri Şamaxıda vətəndaşları qəbul edib

Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq kənd təsərrüfatı naziri İnam Kərimov martın 31- Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Şamaxı, Qobustan digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə şikayətlərinə baxıb.

Qəbuldan öncə nazir İnam Kərimov Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Nazirliyin idarə tabeli qurumları rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 59 nəfərin müraciətinə baxılıb. Qəbula gələn vətəndaşların müraciətinə əsasən fermerlərə subsidiya, güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə, torpaqların təyinatının dəyişdirilməsi, sığorta hadisəsi zamanı dəymiş ziyanın ödənilməsi digər məsələlərlə bağlı olub. Nazir İnam Kərimov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Nazir vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Nəriman CAVADOV,

"Respublika".