“Kommunikasiya meneceri” yeni layihədir
Region

“Kommunikasiya meneceri” yeni layihədir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən strateji kommunikasiya siyasətinin effektiv şəkildə həyata keçirilməsi məqsədilə təqdim olunan “Kommunikasiya meneceri” layihəsi çərçivəsində Sabirabad Regional Mədəniyyət İdarəsi üzrə görüş keçirildi.

Sabirabad Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə  “Kommunikasiya meneceri” layihəsi üzrə Sabirabad Regional Mədəniyyət İdarəsində yaradılmış işçi qrupunun üzvləri və tabe müəssisələrdə sosial media üzrə əlaqələndirici şəxslər iştirak etdilər.

İclasda Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə çıxış edərək işçi qrupuna uğurlar arzuladı, layihənin fəaliyyətinə dair tövsiyələrini verdi.

Daha sonra kommunikasiya meneceri Anar Rəhimli layihənin məqsədləri barədə məlumat verdi, eyni zamanda layihənin media subyektləri və ictimaiyyətlə əlaqələrin səmərəli şəkildə qurulmasına xidmət etdiyini bildirdi.

                                          Tofiq HÜSEYN,

                                         “Respublika”.