Kreml Azərbaycan və Ermənistan  liderlərinin Moskva görüşünün məhsuldar olacağı qənaətindədir
MÜSAHİBƏLƏR

Kreml Azərbaycan və Ermənistan  liderlərinin Moskva görüşünün məhsuldar olacağı qənaətindədir

Rusiya Azərbaycan Ermənistan liderlərinin Moskva görüşünün müsbət nəticələnəcəyi qənaətindədir.

AZƏRTAC xəbər verir ki, bu barədə "Rusiya-Azərbaycan: media əməkdaşlığının aktual məsələləri" mövzusunda dəyirmi masa çərçivəsində azərbaycanlı jurnalistlərə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanın qarşıdakı Moskva görüşünü şərh edən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin rəsmi nümayəndəsi deyib: "Biz nəticələrin olacağına ümid etmək istərdik. Bu nəticələrin hansı dərəcədə müsbət olacağını zaman göstərəcək".

D.Peskov, həmçinin Rusiya Azərbaycan kütləvi informasiya vasitələri nümayəndələrinin dialoqunun əhəmiyyətini qeyd edib. O vurğulayıb: "KİV-lərin xətti ilə qarşılıqlı fəaliyyət bizim ikitərəfli münasibətlərimizin ümumi kompleksinin mühüm tərkib hissəsidir. Biz hesab edirik ki, bu, davam edəcək genişlənəcək. KİV-lər gündəlikdə duran məsələlərlə bağlı suallar verməli həmin suallara cavab almalıdır. Bu, ümumi prosesə kömək edəcək".