Laçın və Kəlbəcərdə görülən işlər Qələbəmizin davamıdır
Siyasət

Laçın və Kəlbəcərdə görülən işlər Qələbəmizin davamıdır

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ savaşında Azərbaycan Silahlı Qüvvələri 30 il düşmən tapdağı altında qalan torpaqlarımızı işğaldan azad etdi. 2020-ci il sentyabrın 27- başlayan cəmi 44 gün davam edən müharibədə düşmən məğlubiyyəti ilə barışmaq məcburiyyətində qaldı. Tarixi Qələbəmiz nəticəsində ümumilikdə 300-dən artıq yaşayış məntəqəmizdə erməni işğalına son qoyuldu.

Müharibənin yekunu olaraq 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat Ermənistanın kapitulyasiya sənədi, Azərbaycanın isə qələbə simvoluna çevrildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Torpaqlarımızın azad edilməsi ölkəmizin prioritetlərinə daha bir vacib məsələni əlavə etdi ki, bu da həmin bölgədə dağıdılmış infrastrukturun, xaraba qoyulmuş şəhər kəndlərin bərpasıdır. Hazırda bu işlər uğurla davam etdirilir, azad olunmuş ərazilərimiz ən son müasir texnologiyalar əsasında yenidən qurulur.

Laçın Kəlbəcərdə aparılan tikinti bərpa işləri bunun bariz nümunəsidir. Ölkə başçımızın vaxtaşırı bölgəyə səfərləri, eyni zamanda quruculuq işlərinə rəsmən özünün nəzarət etməsi dövlətin işğaldan azad olunmuş ərazilərə diqqət qayğısının təcəssümüdür. Dövlət başçısının 27-28 may tarixlərində Kəlbəcər Laçın rayonlarına səfəri bunu bir daha təsdiqləyir.

Səfər çərçivəsində Prezident İlham Əliyev Kəlbəcərdə Yanşaq Zallar kəndlərinin, eləcə şəhərdə ilk yaşayış məhəlləsinin məktəb binasının təməlini qoymuşdur. "Qamışlı" "Meydan" kiçik su elektrik stansiyalarının, hərbi hospitalın istifadəyə verilməsi quruculuq işlərinin yüksək səviyyədə aparıldığının təzahürüdür. Xüsusi vurğulamaq lazımdır ki, Toğanalı-Kəlbəcər-İstisu Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlər nəzərdən keçirilmişdir. Bundan bir gün sonra - mayın 28- Laçın şəhərinə qayıdan ölkə başçımızın əhali ilə görüşü təqdirəlayiq məqamlardan biridir. Prezident İlham Əliyevin görüş çərçivəsində qeyd etdikləri Azərbaycan iqtisadiyyatının dinamik inkişafından xəbər verir: "Cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub sakinlərin sərəncamına verilir. İlk 20 ailə artıq dünəndən Laçında yerləşib iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Beləliklə, birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə çox insan yaşayacaq". Xüsusi vurğulamaq lazımdır ki, sadəcə 7-8 ay ərzində Laçında 700 bina inşa edilmişdir. Bu binalardan 620-si fərdi yaşayış binasıdır. Yaradılmış şərait ilkin mərhələdə Laçında 764 ailənin yaşamasına imkan verir. İkinci mərhələdə isə Laçın şəhərində ilin sonunadək daha çox ailənin yaşaması üçün lazımi şəraitin yaradılması nəzərdə tutulmuşdur.

 Əhalinin sağlam yaşayışı üçün vacib məkanlardan biri tibb məntəqələrinin yaradılmasıdır. Təsadüfi deyil ki, bu istiqamətdə mühüm işlər aparılır. Yeni yaradılacaq Aqro Sənaye Parkı əhalinin məşğulluq problemini həll edəcəkdir. Bütün bunlar Laçın şəhərinin Baş Planında da öz əksini tapmışdır. Dövlət Şəhərsalma Arxitektura Komitəsinin sifarişi əsasında Baş Plan Bakı Dövlət Layihə İnstitutu tərəfindən beynəlxalq məsləhətçi şəhərsalma qrupu - İsveçrənin "SA Partners" şirkətinin iştirakı ilə hazırlanmışdır.

Qələbəmizdən iki ilyarım vaxt keçməsinə baxmayaraq, artıq əhalinin işğaldan azad olunmuş ərazilərə köçürülməsinə başlanılıb. Belə ki, Laçından öncə əhali Ağalı Talış kəndlərinə yerləşdirilmişdir. Bu ilin sentyabrında Zabux kəndinə zabuxluların köçürülməsi nəzərdə tutulur. Hazırda Zabux Sus kəndlərində fəal işlər aparılır.

Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Qarabağ tezliklə cənnətməkana çevriləcək, bölgənin gözəlliyi dillərə dastan olacaqdır. Gün gələcək bu yerlərin füsunkarlığı dünyanın növbəti möcüzəsi kimi qiymətləndiriləcək.

Nəzrin ELDARQIZI,

"Respublika".