Latın amerikalı jurnalistlər Gəncədə Ermənistanın müharibə cinayətləri ilə tanış olublar
Digər xəbərlər

Latın amerikalı jurnalistlər Gəncədə Ermənistanın müharibə cinayətləri ilə tanış olublar

Latın Amerikasının nüfuzlu media nümayəndələri  Ermənistanın müharibə cinayətləri ilə yaxından tanış olmaq üçün Gəncədə səfərdə olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlar ötən ilin oktyabrın 11-də Gəncədə erməni terroru nəticəsində çoxlu insanın öldüyü, yaralandığı və böyük dağıntıların yarandığı əraziyə gəliblər. Məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.

Xarici jurnalistlər erməni terrorunu pisləyib, dinc insanları öldürənlərin cəzasız qalmamalı olduğunu bildiriblər.

AZƏRTAC