MEDİA-nın icraçı direktoru Milli Mətbuat Günü ərəfəsində Vətən müharibəsi iştirakçıları ilə görüşüb
Digər xəbərlər

MEDİA-nın icraçı direktoru Milli Mətbuat Günü ərəfəsində Vətən müharibəsi iştirakçıları ilə görüşüb

MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov Milli Mətbuat Günü ərəfəsində Vətən müharibəsi iştirakçıları ilə görüşüb. Medianın İnkişafı Agentliyində baş tutan görüşdə Vətən müharibəsində iştirak etmiş Xüsusi Təyinatlı Qüvvələrin mənsubları iştirak ediblər.

Bu barədə AZƏRTAC-a Agentlikdən məlumat verilib.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı tarix yazan əsgər və zabitlərimizin göstərdikləri şücaətin hər birimizdə sonsuz iftixar hissi yaratdığını qeyd edib, Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıqlarının mediada işıqlandırılmasına hər zaman diqqətlə yanaşıldığını, onların göstərdikləri igidlik və şücaətin media vasitəsilə ictimaiyyətə çatdırılmasının uşaq və gənclərin vətənə məhəbbət ruhunda tərbiyə edilməsində əhəmiyyətini vurğulayıb.

Görüş zamanı Vətən müharibəsində iştirak etmiş Xüsusi Təyinatlı Qüvvələrin mənsubları keçdikləri döyüş yolundan bəhs edib, media nümayəndələri tərəfindən tarixi Zəfərimizə dair materialların hazırlanması və yayımlanmasının onlar üçün xüsusi mənəvi dəyərə malik olduğunu bildiriblər.

AZƏRTAC