“Azercell Telekom
Digər xəbərlər

“Azercell Telekom" Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda “Qızlara ağ yaraşır" layihəsinə start verib

"Azercell Telekom" MMC Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda həyata keçirdiyi genişmiqyaslı sosial layihənin növbəti mərhələsini elan edib. Sosial kampaniya cəmiyyətimizdə, xüsusən qızlar arasında idmanın, mübarizliyin özünəinamın təbliğatına yönəlib, həmçinin cəmiyyəti gənclərin bu istiqamətdə inkişafına dəstək verməyə çağırır.

Qızları fiziki mənəvi sağlam olmağa, gələcəyə əmin addımlarla irəliləməyə, cüdo ilə məşğul olub beynəlxalq idman arenalarında ölkəmizi təmsil etməyə həvəsləndirmək məqsədi daşıyan "Qızlara yaraşır" sosial layihəsi eyni zamanda həm qlobal, həm ölkə səviyyəsində aktual olan erkən nikah mövzusuna da toxunur.

Kampaniya çərçivəsində cüdoçular sırasına qoşulmaq istəyən Cüdo Federasiyası məktəbləri bölmələri olan bölgələrdə qeydiyyatdan keçən 7-14 yaş aralığında ilk 1000 qız tələbəyə cüdoqi hədiyyə olunacaq. Azərbaycan Cüdo Federasiyası əlavə imkanlar təqdim edib, bu istiqamətdə fərqli aksiyalar keçirəcək.

Qızları cüdoya yazdırmaq üçün (+994 50) 226 28 34, (+994 50) 226 28 35 nömrələrinə zəng ya https://qizlaraagyarasir.az ünvanına müraciət etmək olar.

 

Ülvi QARAYEV,

Respublika”.