Misir və livanlı tədqiqatçılar Cəbrayılda erməni vəhşiliyinin izləri ilə tanış olublar
Digər xəbərlər

Misir və livanlı tədqiqatçılar Cəbrayılda erməni vəhşiliyinin izləri ilə tanış olublar

Azərbaycanın işğaldan azad olunmuş ərazilərə səfər edən misirli və livanlı tədqiqatçılar avqustun 10-da ermənilər tərəfindən Cəbrayıl rayonu ərazisində törədilən dağıntılarla tanış olublar.

AZƏRTAC xəbər verir ki, tədqiqatçılar əvvəlcə Cəbrayıl rayonunda yerləşən “Dostluq” bulağını ziyarət ediblər. Onlara bulağın tarixi haqqında məlumat verilib. Bildirilib ki, vaxtilə Cəbrayılın ən çox ziyarət edilən məkanlarından biri olan bulaq rayonun işğalından sonra ermənilər tərəfindən dağıdılıb.

Sonra nümayəndə heyətinin üzvləri Cəbrayıl şəhər qəbiristanlığında olub, dağıdılmış dini-tarixi abidələr barədə ətraflı məlumatlandırılıblar. Bildirilib ki, ermənilər işğal olunmuş ərazilərdəki dini, mədəni, tarixi abidələr kimi, qəbiristanlıqları da vandalizmə məruz qoyub, qəbirləri qazaraq meyitləri çıxarıb, həmçinin müsəlman dini abidələrini təhqir ediblər.

AZƏRTAC