MÜTƏRƏQQİ İQTİSADİ İSLAHATLARIN MÜƏLLİFİ
Siyasət

MÜTƏRƏQQİ İQTİSADİ İSLAHATLARIN MÜƏLLİFİ

Hüquqi, demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləyən Azərbaycan müstəqillik illərində bütün sahələrdə sürətli inkişafa, tərəqqiyə nail olmuşdur. Ümummilli lider hələ sovetlər dönəmində Azərbaycanın gələcək inkişafının təməlini qoymuş, ölkəmizi davamlı surətdə inkişaf edən, çiçəklənən bir diyara çevirmişdir.

XX əsrin 90- illərinin əvvəllərində ikinci dəfə əldə etdiyimiz dövlət müstəqilliyinin qorunub saxlanılması heç asan olmamışdır. Hakimiyyətdə olan ambisiyalı, naşı AXC-Müsavat cütlüyü rəhbərliyinin səriştəsizliyi üzündən ölkə parçalanma, məhvolma həddinə çatdırılmışdı. Bütün sahələri dərin böhran, tənəzzül bürümüşdü. İqtisadiyyat tamamilə çökmüş, işsizlik, yoxsulluq nəticəsində insanların yaşayış səviyyəsi aşağı düşmüşdü. Bacarıqsız, təcrübəsiz rəhbərlər ölkəni böhrandan, ümidsiz vəziyyətdən çıxarmağa qadir deyildi.

1993- ilin iyun ayında xalqın təkidli tələbi ilə dünyaşöhrətli görkəmli dövlət xadimi Heydər Əliyev respublikamızda siyasi hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını öz üzərinə götürdü. İlk növbədə ölkədə ictimai-siyasi sabitlik təmin edildi. İqtisadi sahədə liberallaşdırma siyasətinə, mütərəqqi islahatlara start verildi.

Müdrik rəhbərin uzaqgörənliklə işləyib hazırladığı neft strategiyasının reallaşdırılması ölkə iqtisadiyyatının müasir əsaslarla yenidən qurulmasına, regionların iqtisadi potensialının hərəkətə gətirilməsinə etibarlı zəmin yaratdı.

Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış, 12 noyabr 1995-ci il tarixində ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş ilk Milli Konstitusiyada ölkə vətəndaşlarının sosial-iqtisadi hüquqları təsbit olunmuş, bu hüquqların təmini Azərbaycan dövlətinin prioritet vəzifələri sırasına daxil edilmişdir. Əsas Qanunun 16- maddəsinin birinci hissəsinə görə Azərbaycan dövləti xalqın hər bir vətəndaşın rifahının yüksəldilməsinin, onun sosial müdafiəsi layiqli həyat səviyyəsinin qayğısına qalır.

Ulu öndərin rəhbərliyi ilə ölkə iqtisadiyyatı yeni inkişaf mərhəsinə qədəm qoydu. Ardıcıl, sistemli şəkildə aparılan islahatlar nəticəsində dövlət mülkiyyəti özəlləşdirildi. 1990- illərin birinci yarısında inflyasiyanın, iqtisadi geriləmənin qarşısı alındı, makroiqtisadi sabitlik təmin olundu. Ölkənin bazar iqtisadiyyatı yolu ilə inkişafına geniş imkanlar açıldı.

MDB məkanında ilk dəfə olaraq Azərbaycanda aqrar islahatlar həyata keçirildi. Ölkədə 1390 min hektardan çox torpaq sahəsi əvəzsiz olaraq kəndlilərə verildi. Aqrar sektorda istehsal təyinatlı müəssisələrin fəaliyyəti bərpa olundu. Fermerlərə digər kənd təsərrüfatı işçilərinə kömək məqsədilə müxtəlif servis mərkəzləri, yeni infrastruktur sahələr yaradıldı.

Ümummilli lider iqtisadiyyatın inkişafında sahibkarların rolunu yüksək qiymətləndirir, sahibkarların fəaliyyəti ilə mütəmadi olaraq maraqlanırdı. Ulu öndərin dediyi: "Bilin ki, Azərbaycan Prezidenti bütün sahibkarların himayədarıdır dayağıdır" müdrik kəlamı onun sahibkarlara yüksək diqqət qayğısının parlaq təzahürü idi. Heydər Əliyev 2002-ci il aprel ayının 25- sahibkarlarla görüşündə bildirmişdir ki, ölkədə böyük sahibkarlar təbəqəsi yaranıb: "Sahibkarlar təbəqəsi Azərbaycan iqtisadiyyatının aparıcı bir hissəsidir. Özəlləşdirmə prosesi gedir, iqtisadiyyatın çox sahəsi özəlləşdirilibdir. Əldə etdiyimiz nailiyyətlərdə özəlləşdirmənin böyük əhəmiyyəti vardır. İqtisadiyyatın bir çox sahələrindəki nəticələr özəl sektorun hesabına əldə edilibdir".

Ulu öndərin təşəbbüsü ilə sahibkarlığın inkişafına dair 1993-1995, 1997-2000-ci illəri əhatə edən Dövlət proqramları qəbul olunaraq uğurla icra edildi. Ölkə Prezidenti tərəfindən 17 iyun 1996- il tarixli "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması əsassız yoxlamaların qadağan edilməsi barədə" Fərman imzalandı. Bununla da iqtisadiyyatın, sahibkarlığın inkişafına mane olan amillər aradan qaldırıldı. Ölkədə azad sahibkarlığın inkişafı üçün əlverişli investisiya mühiti yaradıldı, mükəmməl qanunvericilik bazası formalaşdırıldı.

Ümummilli liderin inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişafı, iqtisadi yüksəlişi təmin olunmuş, müstəqil Azərbaycan Cənubi Qafqazda lider dövlətə, söz, nüfuz sahibinə çevrilmişdir.

Məlum olduğu kimi, ölkəmizin iqtisadi potensialının böyük bir hissəsi bölgələrdə cəmləşib. Möhtərəm Prezidentimizin müəllifi olduğu regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları bölgələrin inkişafında əhəmiyyətli rol oynayır. Regionlarda müasir infrastruktur layihələrinin icrası, sahibkarlığın inkişafı, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, yoxsulluğun, işsizliyin aradan qaldırılması ümumilikdə ölkəmizin iqtisadi mənzərəsini əsaslı şəkildə dəyişib.

Ulu öndərin əsasını qoyduğu mükəmməl iqtisadi siyasət nəticəsində bu gün ölkəmiz "Made in Azerbaijan" brendi ilə dünya bazarlarında layiqli yer tutur. Neft-qaz sənayesi ilə yanaşı, qeyri-neft sektoru sürətlə inkişaf edir, ölkəmizin ixrac imkanları genişlənir.

Bütün bunlar ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin, aparılan mükəmməl, uğurlu iqtisadi islahatların, insan amilinə verilən yüksək dəyərin bariz nümunələridir.

Vaqif MUSTAFAYEV,

Lənkəran Şəhər Statistika İdarəsinin rəisi.