Nazir: Gürcüstandakı azərbaycandilli məktəblərdə tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər görülür
MÜSAHİBƏLƏR

Nazir: Gürcüstandakı azərbaycandilli məktəblərdə tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər görülür

Məktəblərin sayının azalması və tədrisin keyfiyyətinin aşağı düşməsinə təsir edən müxtəlif amillər var. Bu amillərin bəziləri obyektiv, bəziləri isə subyektiv səbəblərlə bağlıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın təhsil naziri Emin Əmrullayev Gürcüstanda azərbaycandilli məktəblərin sayının azalmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, məktəblərin bağlanmasına valideynlərin seçimi, miqrasiya, təhsil ocaqlarının vəziyyəti, müəllimlərin sayı və digər amillər təsir edir.

"Gürcüstanda məktəblərin ümumi sayı son illərdə azalıb. Bu, optimallaşdırma və rasionallaşdırmanın da nəticəsi ola bilər. Bu gün ən vacib məsələ milli mənsubiyyətindən asılı olmayaraq, uşaqların keyfiyyətli təhsilə cəlb olunmasının prioritet təşkil etməsidir. Gürcüstandakı azərbaycandilli məktəblərdə də tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər görülür", - deyə E.Əmrullayev vurğulayıb.

AZƏRTAC