Ölkəmizdə turizmin inkişafına dövlət səviyyəsində diqqət göstərilir
İQTİSADİYYAT

Ölkəmizdə turizmin inkişafına dövlət səviyyəsində diqqət göstərilir

Müasir həyat tərzinin mədəniyyətin mühüm atributu, beynəlxalq əlaqələrin bir forması kimi inkişaf etdirilən, müasir dünyamızda  qlobal əhəmiyyətə malik olan turizm sahəsi müxtəlif ölkələr xalqlar arasında qarşılıqlı münasibətlərlə yanaşı, biznes maraqlarını da gücləndirir. Turizm sahəsi ümumilikdə həyat üçün birinci dərəcəli tələbat növü olmasa da, insanın inkişafının onun həyat tərzinin müxtəlif sahələrində vacib amil hesab edilir. Elə bu səbəbdən dünyanın hər yerində turizmin inkişafına  böyük maraq göstərilir, daha doğrusu ölkələrin sosial-iqtisadi maraqları turizm sahəsinə əsaslanır. Son illərdə respublikamızın iqtisadi inkişafı, turizmin perspektiv sahə kimi prioritet plana keçirilməsi bu sahənin qanunvericilik bazasında iqtisadi, hüquqi sosial normalara uyğun təkmilləşmələr edilməsini zərurətə çevirmişdir. Belə ki, respublikamızda turizmin inkişafına dövlət səviyyəsində diqqət göstərilmiş, ölkədə turizmin inkişafını təşkil edə biləcək dövlət strukturları yaradılmışdır. Turizm üzrə dövlət kommersiya strukturlarının yaradılması, qanunvericilik sənədlərinin qəbul edilməsi, beynəlxalq turizm əlaqələrinin qurulması istiqamətində atılan addımlar bunun əyani sübutudur.

İstər daxili, istərsə xarici turizmin  sülhə, qarşılıqlı anlaşmalara, bütün dünyada insanların sağlamlığına rifahına olan təsirini sürətləndirmək genişləndirmək, ölkələrarası əməkdaşlığın əlaqələndirilməsi üzrə beynəlxalq agentlik rolunda çıxış etmək missiyası daşıyan Ümumdünya Turizm Təşkilatı bu sahədə milli təşkilatlar üzrə yaranan turlara xidmət göstərir, turist operatorları birlikləri arasında daimi əlaqə saxlanılmasına yardım edir.

2001-ci ildən BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) üzvü olan  Azərbaycan  2013- ildə UNWTO Baş Assambleyasının 20-ci iclasında  Təşkilatın İcraiyyə Şurasına 2013-2017-ci illər üçün üzv, İcraiyyə Şurasının 104- sessiyası zamanı isə 2017-ci il üçün Təşkilatın İcraiyyə Şurasının sədri vəzifəsinə seçilmişdir. Səyahət zamanı insanların təhsil almasına mədəni səviyyəsinin artırılmasına zəmin yaradan, az inkişaf etmiş rayonlarda turistlərin yaşayış normalarının standartlara yaxınlaşdırılmasına kömək göstərən, turist qəbul edən ölkələrin imkan dairələrini genişləndirən Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyası 2019-cu ildə Bakıda keçirilmiş, tədbirdə dünyanın 37 ölkəsindən bir sıra beynəlxalq təşkilatlardan turizm sahəsi üzrə yüksək səviyyəli nümayəndələr iştirak etmişdir.

Müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikasında turizmin inkişafına dövlət səviyyəsində diqqət göstərilmiş, ölkədə turizmin inkişafını təşkil edə biləcək dövlət strukturları yaradılmışdır. 1999-cu ildə Milli MəclisdəTurizm haqqındaQanun qəbul edilmiş, həmin ilin 27 iyulunda isə ulu öndər Heydər ƏliyevTurizm haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqındafərman imzalamışdır.

Tarixən qədim, zəngin mədəni abidələri, əlverişli coğrafi mövqeyi, ləziz mətbəxi, yüksək qonaqpərvərlik ənənələri müxtəlif dinlərin qovşağında yerləşməsi Azərbaycanda turizmin inkişafına geniş imkan  yaratmışdır. Əlverişli coğrafi şəraitin, müxtəlif iqlim qurşaqlarının, zəngin heyvanat aləminin, dənizin dənizsahili qumluqların, qədim mədəni tarixi irsin, milli ənənələrin, zəngin milli mətbəxin olması respublikamızın bütün bölgələrində diqqəti cəlb edən amillərdir. Bu xüsusiyyətlər sovetlər dönəmində belə Azərbaycana gələn turistlərin marağına səbəb olmuşdur. Hələ XX əsrin 30-cu illərində təbii gözəllikləri ilə göz oxşayan, milli memarlığımızın orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi olan Şuşada kurort məqsədilə istirahət evi, panisonat sanatoriyalar fəaliyyət göstərmiş, Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı, əfsanəvi Cıdır düzü buraya səyahətə gələnlərin sevimli yeri olmuşdu.

İşğalçı Ermənistan 30 ilə yaxın müddət ərzində təcavüz qanlı etnik təmizləmə nəticəsində  işğal etdiyi əraziləri, havasının, suyunun təmizliyi, saflığı, əsrarəngiz təbiəti ilə nəinki Azərbaycanda, onun hüdudlarından kənarda  məşhurlaşmış Qarabağı öz torpaqları kimi təqdim etmək, onun turizm potensialından gəlir mənbəyi kimi yararlanmaq  niyyətində olmuşdur. Lakin  Azərbaycan 2014- ilin oktyabr ayında Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının (UNWTO) Səmərqənddə keçirilmiş 99-cu iclasına beynəlxalq hüquqa ölkələrin suveren hüquqlarının qorunmasına, həmçinin Dünya Turizm Təşkilatının qəbul etdiyi Qlobal Turizm Etik Kodeksinin prinsiplərinə əsaslanan qətnamə layihəsi təqdim etmişdir. Ölkəmiz Turizmə dair Qlobal Etik Məcəlləni, ÜTT-nin İcraiyyə Şurasının müvafiq qərar tövsiyələrini rəhbər tutaraq, bütün dövlətləri, turizm sahəsində fəaliyyət göstərən hüquqi fiziki şəxsləri Azərbaycanın işğal olunmuş ərazilərində işğal, təcavüz qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin turizm məntəqəsi kimi təşviq sui-istifadə edilməsinə imkan verməmək üçün təsirli addımlar atmağa çağırmışdı.

2015-ci il may ayının 28-29-da Xorvatiyanın Rovinj şəhərində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının (UNWTO) İcraiyyə Şurasının 100- sessiyasında İcraiyyə Şurası Azərbaycan Respublikasının təklif etdiyiMünaqişə zonalarının turizm məkanı kimi turizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınmasıqətnaməsi ilə bağlı qərar qəbul etmişdir. Şuranın 100- sessiyasında məsələ gündəliyə daxil edilərək müzakirə edilmiş, geniş müzakirələrdən sonra qəbul olunan qərarda bütün turizm fəaliyyətlərinin, İcraiyyə Şurası hökumətlərinin, turizm sahəsində özəl dövlət təşkilatlarının Turizm üzrə Qlobal Etika Kodeksinə, həmçinin BMT-nin Baş Assambleyası Təhlükəsizlik Şurasının bütün etika prinsiplərinə hərbi münaqişələr daxil olmaqla, bütün hallarda riayət edilməsinə dair qərar qəbul edilmişdi.

Turizmdə innovasiya: mövsümlüyə üstün gəlməyin yeni yollarıdevizi altında reallaşan  sessiyada qəbul edilmiş qərar işğal olunmuş Qarabağ ərazisinə turist səfərlərinin təşkilininbeynəlxalq sərgilərdə Qarabağı öz torpaqları kimi təqdim edən ermənilərin ora turist səyahətləri təşkil etməsinin  qarşısının alınmasında böyük rol oynamışdı.

BMT-nin Ümumdünya Turizm Təşkilatı İcraiyyə Şurasının üzvü olmayan, beynəlxalq turizm sərgilərində digər tədbirlərdə işğal etdiyi Azərbaycan ərazilərini öz torpaqları kimi təbliğ edən Ermənistan qərarın müzakirəsinə belə bir sənədin qəbul edilməsinə ciddi etirazlar etmişdirBuna baxmayaraq, UNWTO-nun üzvü olan Azərbaycan Respublikasının  təklifi  təşkilatın üzvləri tərəfindən yekdilliklə qəbul olunmuş, qərara əsasən Ermənistan tərəfindən Azərbaycanın  işğal edilmiş ərazilərinin  xarici turizm sərgilərində digər yollarla təbliğinin qarşısının alınması üçün mühüm beynəlxalq üstünlük əldə edilmişdir. Turizm üzrə Qlobal Etika Kodeksinə, BMT-nin Baş Assambleyası Təhlükəsizlik Şurasının bütün etika prinsiplərinə əsaslanan, turistlərin təhlükəsizliyi, ölkələrin suverenliyinə hörmət təşviq edən beynəlxalq sənəd BMT Ümumdünya Turizm Təşkilatının bütün üzv ölkələrinin xarici işlər, turizm sahəsinə məsul nazirliklərinə, beynəlxalq turizm sərgilərinin təşkilat orqanlarına, ölkəmizin xaricdəki xarici ölkələrin ölkəmizdəki səfirliklərinə göndərilmişdir.

Turizmin siyasi məqsədlər üçün sui-istifadə edilməsi, münaqişə zonaları qeyri-qanuni hərbi işğal altında olan ərazilərin turizm məntəqəsi kimi təşviq olunması ÜTT BMT Baş Assambleyası tərəfindən təsdiq olunmuş Turizmə dair Qlobal Etik Məcəlləyə, eyni zamanda beynəlxalq hüquqa turizmin fundamental məqsəd məramlarına zidd olduğu da qeyd olunmuşdu.

145 həqiqi üzvü, 7 assosiasiya edilmiş, 300-dən çox qoşulmuş üzvləri olan, mərkəzi qərargahı İspaniyanın paytaxtı Madrid şəhərində yerləşən, turizm üzrə ixtisaslaşmış beynəlxalq təşkilat - Ümumdünya Turizm Təşkilatı, turistlərdən turizm sahəsində fəaliyyət göstərən qurumlardan səfər edilən ölkənin qanunlarına hörmət etməyi turizm səfəri zamanı cinayət əməlləri səfər edilən ölkənin qanunlarına görə cinayət hesab oluna biləcək hər hansı fəaliyyətdən kənar durmağı tələb edir, dövlətlərarası, birliklərarası əlaqələndirmə işləri aparır.

İqtisadiyyatın mühüm sektoru olan turizm üzrə rəqabətqabiliyyətlilik siyahısında Azərbaycan 148 ölkə arasında 39-cu yerdə qərarlaşmışdır. Ümumdünya Səyahət Turizm Şurasının hesabatına əsasən Azərbaycan 2010-2016- illərdə turizmin ən sürətlə inkişaf etdiyi 10 ölkə arasına daxil olmuş, həyata keçirilən məqsədyönlü siyasətə uyğun olaraq son illərdə beynəlxalq səviyyəli idman yarışlarının tədbirlərin təşkili, ümumiyyətlə, Azərbaycana turist axınının təşviq edilməsi nəticəsində turizm sektorunun daha çox gəlir gətirən sahəyə çevrilməsinə şərait yaratmışdır.

Artıq  Azərbaycan işğal altında olan torpaqlarının turizm məkanı kimi   qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması ilə bağlı qətnamə layihəsi, bəyanat verən ölkə deyil, ərazilərini yağı düşməndən azad etmiş Qalib ölkə olaraq  bu torpaqlarda  turizm potensialını bərpa edən, işğaldan azad edilən bütün ərazilərini  sürətlə dirçəldən ölkə kimi dünyaya səs salıb. Bu gün  Azərbaycanın mədəniyyət  incəsənət beşiyi olan Şuşa tarixi simasını saxlamaqla ən müasir formada bərpa edilir, müasir turizm infrastrukturu yaradılır. İsa bulağı, Turşsu, Səkili bulağı, Soyuqbulaq, Yüzbulaq, Qırxbulaq, Çarıqbulaq digər nadir təbiət möcüzələrinə sahib olan Şuşa yaxın illərdə nəinki Azərbaycanın, bütün türk İslam dünyasının, Qafqaz coğrafiyasının, eləcə dünyanın əsas turizm mərkəzlərindən birinə çevriləcək, işğal olunmuş ərazilərdə erməni vandalizminin qurbanı olmuş minlərlə tarixi abidələrimiz, yurd yerləri bərpa olunacaq. Yaxın illərdə  Azərbaycan tarixi, mədəni strateji əhəmiyyətə malik, özünün xalçası, ipəyi, parçası çini qabları ilə dünyada  böyük şöhrət qazanmış baş tacı - Qarabağın  qapılarını  dünyanın seyrinə çıxmış turistlərin üzünə açacaq.

Mehparə ƏLİYEVA,

Respublika”.