Fevralın 2-də Azərbaycan parlament nümayəndə heyətinin Latviya Respublikasına rəsmi səfəri çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova və Latviya Respublikası Seyminin sədri İnara Murniyetse Riqa şəhərində "Azadlıq" abidəsini ziyarət ediblər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, spikerlər abidənin önünə əklil qoyublar. Sonra Azərbaycan və Latviyanın Dövlət himnləri səsləndirilib.
AZƏRTAC