Qazi və şəhid ailələri üçün yaradılmış təsərrüfatlara mediatur
Sosial həyat

Qazi və şəhid ailələri üçün yaradılmış təsərrüfatlara mediatur

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi qazi və şəhid ailələri üçün yaradılan kiçik təsərrüfatlarla əyani tanışlıq üçün mediatur təşkil edib. Jurnalistlər Gəncə şəhərində və Göygöl rayonunda yaradılan kiçik təsərrüfatlarla tanış olublar.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, qeyd olunub ki, Gəncə şəhərində və Göygöl rayonunda bu kateqoriyadan olan şəxslər üçün dəstək işləri geniş vüsət alıb. Media nümayəndələri əvvəlcə şəhid Samir Abdullayevin atası İlham Abdullayev üçün yaradılmış təsərrüfatla tanış olublar. O, postmüharibə dövründə özünüməşğulluq proqramına cəlb olunaraq proqramın dəstəyi ilə dəmirçilik fəaliyyəti üzrə avadanlıqlarla təmin olunaraq istehsal sahəsini qurub.

Şəhid Elvin Məmmədzadənin atası İlham Məmmədzadə isə proqram vasitəsilə arıçılıq sahəsində öz təsərrüfatını yaradıb. Bunun üçün proqram çərçivəsində bütün aktivlərlə təmin olunan İ.Məmmədzadə dövlətin dəstəyi ilə qurduğu işini gələcəkdə daha da inkişaf etdirmək niyyətindədir. Vətən müharibəsi qazisi Samir Hüseynovun atası üçün yaradılan kiçik bizneslə də tanışlıq olub.  S.Hüseynov bu dəstəyin onlar üçün sahibkarlığa çıxış üçün yaxşı imkan olduğunu qeyd edib.

Proqram iştirakçıları şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Onlar kiçik ailə təsərüfatlarını gələcəkdə genişləndirmək üçün səylə çalışacaqlarını vurğulayıblar.

Gəncə və Göygöl şəhəri üzrə bu il həssas əhali qruplarına aid 700-dən çox şəxs özünüməşğulluq proqramına cəlb edilib.

M.KAMAL,

“Respublika”.