Qəbələdə “Yengicə Su Anbarı
Region

Qəbələdə “Yengicə Su Anbarı" layihəsi ilə bağlı tədbir

Qəbələdə "Yengicə Su Anbarının layihəsi barədə ictimaiyyətin məlumatlandırılması ilə bağlı Tədbirlər Planı" əsasında yaradılmış İşçi Qrupunun növbəti görüşü olub.

Rayon icra hakimiyyətindən qəzetimizə verilən məlumata görə, tədbirdə İqtisadiyyat, Kənd Təsərrüfatı və Energetika nazirliklərinin, FHN Su Ehtiyatları Dövlət Agentliyinin, "Azmelsutəsərrüfat", "Azərsu" və "Azərenerji" ASC-lərin, Azərbaycan Milli Elmlər Akademiyasının, Qəbələ Rayon İcra Hakimiyyətinin, eləcə də inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri iştirak ediblər.

 "Yengicə Su Anbarı"nın layihəsi, həmçinin ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi barədə qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq məqsədilə maarifləndirici məlumatlar və tövsiyələr verilib.

"Respublika".