San-Marino Respublikasının Kapitan-Regentləri Oskar Mina və Paolo Rondellidən
Məktublar

San-Marino Respublikasının Kapitan-Regentləri Oskar Mina və Paolo Rondellidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ildönümü – Müstəqillik Günü münasibətilə San-Marino xalqı adından və şəxsən öz adımızdan Zati-alinizə və dost Azərbaycan xalqına ən xoş arzularımızı çatdırırıq.

Zati-aliləri, bu əlamətdar gündə Sizə ən yüksək ehtiramımızı bildirir, uğurlar arzulayır, bütün Azərbaycan xalqına firavanlıq və rifah dolu gələcək diləyirik.

Hörmətlə, 

Oskar Mina və Paolo Rondelli

San-Marino Respublikasının Kapitan-Regentləri