Silsilə tədbirlərin keçirilməsi davam edir
Sosial həyat

Silsilə tədbirlərin keçirilməsi davam edir

2023-cü ildə ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinin tamam olması ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində qəbul olunmuş tədbirlər planına uyğun olaraq silsilə tədbirlərin keçirilməsi davam edir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri tərəfindən muxtar respublikanın rayonlarında vətəndaşların qəbulu həyata keçirilib.

Keçirilən qəbullardan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib.

Qəbulda hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin operativ araşdırılması və qanunamüvafiq şəkildə tədbirlərin görülməsi ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb. 

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün yaradılan əlverişli şəraitdən razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.

“Respublika”.