Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 77 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 77 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 77 yoluxma faktı qeydə alınıb, 89 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 822 min 104 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 min 597 nəfər müalicə olunaraq sağalıb, 9 min 927 nəfər vəfat edib. Aktiv xəstə sayı 580 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 166, bu günə qədər isə ümumilikdə 7 milyon 271 min 311 test icra olunub.

AZƏRTAC