Türkiyə Böyük Millət Məclisinin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımdan
Məktublar

Türkiyə Böyük Millət Məclisinin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm Prezident.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, Zati-alinizə cansağlığı, ömür boyu xoşbəxtlik arzulayıram.

Sizin Ali Baş Komandan kimi cəsarətiniz, qətiyyətiniz və liderliyiniz sayəsində qəhrəman Azərbaycan Ordusu 44 günlük qısa bir müddətdə atanız, ümummilli lider Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək Azərbaycan xalqının 27 illik həsrətinə son qoymuş və Qarabağı azad etmişdir.

Bu müddətdə cənab Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün Türkiyə xalqı Azərbaycanın Qələbəsi üçün sidqi-ürəkdən dualar edib, dəstək ifadə etmişdir.

Türkiyə Respublikası indiyə qədər olduğu kimi, bundan sonra da hər zaman, hər şərtdə Can Azərbaycanın yanında olacaqdır.

Möhtərəm Prezident, “Bir millət, iki dövlət” prinsipindən çıxış edən Zati-alinizin və Prezident Rəcəb Tayyib Ərdoğanın səyləri ilə regionda bundan sonra da sülh, sabitlik və rifah davam edəcəkdir.

Ən dərin hörmətlə,

 Şamil Ayrım

Türkiyə Böyük Millət Məclisinin deputatı,

Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri