Türkiyənin növbəti uğuru -  TOGG
Türk dünyası

Türkiyənin növbəti uğuru -  TOGG

Qardaş Türkiyənin son vaxtlar texnologiya sahəsindəki uğurları bütün dünyanı heyrətləndirib. Pilotsuz uçuş aparatlarından elektrikli avtomobil istehsalına qədər müxtəlif istiqamətlərdə nəzərəçarpan bu inkişaf dövlətin nüfuzuna mühüm töhfələr verib. Türkiyənin avtomobil istehsalına başlaması ölkənin sənaye sahəsində növbəti böyük uğurunun göstəricisidir. "Togg" adlandırılan sürücüsüz elektrikli avtomobil, həmçinin Avropada ilklərdən hesab olunur.

Avtomobilin istehsalı üçün xüsusi zavod da tikilmişdir. 2020-ci ildə təməli qoyulan zavod iki il ərzində tikilərək istismara verilmişdir. Rəsmi açılışı 2022-ci ilin 29 oktyabrında gerçəkləşən zavod Bursa vilayətinin Gemlik rayonunda inşa olunmuşdur. Zavodda il ərzində 175 min avtomobilin istehsal olunacağı 2030-cu ilə qədər istehsal həcminin 1 milyonu keçəcəyi planlaşdırılmışdır. Hazırda Türkiyə istehsalı olan elektromobillər "Pamukkale", "Anadolu", "Gemlik", "Kula", "Oltu" "Kapadokya" olmaqla altı rəngdə istehsal olunur. Sözügedən nəqliyyat vasitəsi iki modifikasiyada 200 400 at gücündə elektrik mühərriki ilə buraxılır. Avtomobilin ən güclü versiyası 4,8 saniyəyə 0-dan 100 kilometr-saat sürəti yığabilmə potensialına malikdir. Elektromobilin dolu batareyalarla maksimal gediş məsafəsi isə 500 kilometrə yaxındır. Xatırladaq ki, "Togg"un hazırlanması zamanı elektroavtomobilin ətraf mühit üçün tam zərərsiz olmasına xüsusi diqqət yetirilmişdir.

Aprelin 4- dövlət başçımızın Türkiyənin sənaye texnologiya naziri Mustafa Varank, "Togg" şirkətinin baş icraçı direktoru idarə heyətinin üzvləri ilə görüşü baş tutmuşdur. Görüşdə Türkiyənin ilk yerli elektromobili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunmuşdur. Avtomobilin ikincisinin məhz ölkə başçımıza hədiyyə verilməsi Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsidir. Ölkə başçımızın bu zaman səsləndirdiyi fikirlər Türkiyənin sənaye sahəsində uğurlu fəaliyyətini bir daha təsdiqləmişdir: "Çox sağ olun, təşəkkür edirəm. İlk növbədə, Əziz Qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkürümü bildirirəm ki, ikinci avtomobilin mənə verilməsini tövsiyə edib. Sizə təşəkkür edirəm, ilk növbədə, bu gözəl avtomobili istehsal etdiyiniz üçün. Bu, Türkiyənin, Türkiyə sənayesinin növbəti böyük bir uğurudur. Bu hədiyyəni mənə təqdim etdiyiniz üçün xüsusi təşəkkürümü bildirmək istəyirəm". Demək yerinə düşər ki, Türkiyə istehsalı olan "Togg"un T10X modeli üçün sifariş hüququ qazanan 20 min əsas 20 min ehtiyat qalibin siyahısı da bəllidir. Belə ki, püşkatma nəticəsində T10X modelini almaq hüququ əldə etmiş şəxslərin siyahısı "Togg"un rəsmi internet saytında yayımlanıb. Nəticədə, modeli əvvəlcədən sifariş verən 177 min 467 nəfərdən 20 min nəfəri yerli avtomobilin sahibi olub.

Qardaş ölkə təkcə sənaye sahəsində deyil, müdafiə sahəsində aparıcı ölkələrdən birinə çevrilmişdir. Türkiyənin "Baykar", ASELSAN, ROKETSAN, HAVELSAN kimi müdafiə sənayesi şirkətlərinin istehsal etdikləri hərbi məhsullar da kifayət qədər şöhrət qazanmışdır.

Nəzrin ELDARQIZI,

"Respublika".