“U-20 DÜNYA CEMPİONATI
İdman

“U-20 DÜNYA CEMPİONATI"nın BÜRÜNC MÜKAFATÇISI İLƏ GÖRÜŞ

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, qadın güləşi idman növü üzrə "U-20 dünya çempionatı"nın bürünc medalçısı Şirinova Gültəkin Kamandar qızı və onun şəxsi məşqçisi ilə görüşüb. Kəlbəcər rayon Yanşaq kənd sakini olan Şirinova Gültəkin Kamandar qızı yarış haqqında rayon icra hakmiyyətinin başçısına məlumat verib, təəssüratlarını bölüşüb. Eyni zamanda Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev idmançını və onun məşqçisini bir daha təbrik edib, növbəti yarışlarda uğurlar arzulayıb.

Rayon rəhbəri vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Məhz həmin dövrdən başlayaraq, Azərbaycanın idman ölkəsinə çevrilməsi, beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması prosesi geniş vüsət aldı.

Xüsusilə qeyd etmək lazımdır ki, 1997-ci il cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilməsindən sonra ölkəmizdə Olimpiya hərəkatı, bədən tərbiyəsi və idmanın inkişafı yeni mərhələyə qədəm qoydu, böyük idman potensialına malik olduğu nümayiş etdirildi. Bu gün, Azərbaycanda dövlət gənclər siyasəti uğurla həyata keçrilir, o cümlədən idman sahəsinə xüsusi diqqət və qayğı göstərilir. Azərbaycanda beynəlxalq yarışların keçirilməsi, idmançılarımızın mötəbər yarışlarda bayrağımızı ucaltması, ölkəmizi dünyaya idman ölkəsi kimi tanıtmışdır. Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban xanım Əliyevanın V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşməsi, onlara öz dəyərli tövsiyə və tapşırıqlarını verməsi, ölkəmizdə idman ictimaiyyətinə göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Gültəkin Şirinova diqqət və qayğıya görə dövlətimizin başçısına öz dərin minnətdarlığını bildirmiş və müqəddəs üçrəngli bayrağımızı ən ali yarışlarda dalğalandırmaq üçün böyük səylə çalışacağını bildirmişdir.

Qeyd edək ki, Gültəkin Şirinova qadın güləşi idman növü üzrə 50 kq çəki dərəcəsində Bolqarıstanın Sofiya şəhərində keçirilən "U-20 dünya çempionatı"nda rəqibi polşalı Natalya Valçakaya cəmi 1dəqiqə 10 saniyə ərzində 10:0 hesabıyla qalib gələrək "U-20 dünya çempionatı"nın bürünc medalını qazanıb. 2019-cu ildə "Avropa Gənclər Olimpiya Festivalı"nın gümüş, 2022-ci ildə isə "U-23 Avropa çempionatı"nın bürünc mükafatçısıdır.

Zabit XƏLİLOV,

"Respublika".