V raund MONEYVAL Qiymətləndirilməsi prosesi başa çatıb
Digər xəbərlər

V raund MONEYVAL Qiymətləndirilməsi prosesi başa çatıb

Azərbaycanın qarşılıqlı qiymətləndirilməsi çərçivəsində Avropa Şurasının Pulların Yuyulmasına Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Mübarizə Tədbirlərinin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) qiymətləndiricilərindən ibarət missiya qrupu martın 1-15- Azərbaycana onsayt səfər həyata keçirib.

 Maliyyə Monitorinqi Xidmətindən AZƏRTAC-a bildirilib ki, prosesin məqsədi 2013- il Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) metodologiyasına uyğun olaraq, ölkənin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sahəsində beynəlxalq standartlara texniki uyğunluğunu bu sahədə siyasətin effektiv icrasını qiymətləndirməkdir.

Qeyd edək ki, qiymətləndirmə qrupu MONEYVAL Katibliyinin üzvlərinin köməyi ilə hüquq, maliyyə hüquq-mühafizə sahəsində təcrübəyə malik MONEYVAL ekspertlərindən ibarətdir. Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Əhmədov tədbirin açılışında qiymətləndirmə qrupu ölkənin ƏL/TMM sistemində cavabdeh orqanların əməkdaşları ilə görüşüb. Açılışda, həmçinin qiymətləndirmə missiyasının rəhbəri İrina Talianu iştirakçıları salamlayıb, qiymətləndirmə prosesinin nəticələrinin ölkəmiz üçün əhəmiyyətini vurğulayıb müsahibələrdə onlara müvəffəqiyyətlər arzulayıb. Qiymətləndirilməyə Nazirlər Kabinetinin 2020-ci il oktyabrın 21- yaradılmış Koordinasiya Şurasında təmsil olunan dövlət qurumlarının, habelə aidiyyəti özəl sektorun (öhdəlik daşıyan şəxslər- QHT-lər, banklar, mühasibat, vergi hüquq xidmətləri göstərən şirkətlər, auditorlar, notariuslar s.) əməkdaşları cəlb edilib. Qiymətləndirmənin sonunda MONEYVAL Katibliyi tərəfindən Əsas Nəticələr sənədi bütün iştirakçılara təqdim edilib. Hesabatın 2023- ilin dekabrında MONEYVAL-ın 66- plenar iclasında müzakirəsi qəbulu planlaşdırılır.