Vətənə qayıdışın hüquqi əsasları
Digər xəbərlər

Vətənə qayıdışın hüquqi əsasları

Artıq buzlar əriməyə, dağlar tərpənməyə başlayıb. Bu buzlar xalqımıza qarşı son iki yüz il ərzində ədalətsiz dünyanın ürəyində donmuş qanlar, aşılması mümkün olmayan, insan əli ilə yaradılmış dağlar idi. Tarix boyu milli mənsubiyyətinə yerləşdiyi coğrafi məkanına görə əzilən, işgəncələrə məruz qalan, qocasına, uşağına, qadınına baxmadan məhv edilən, doğma torpaqlarından qovulan, Qərbi azərbaycanlılar təəssüflər olsun ki, həmişə təpədən dırnağadək silahlanmış rus, erməni ordusu ilə meydanda tək qalıb, öz ata-baba yurdlarını qorumaq üçün yağılarla ölüm-dirim müharibəsi aparıb. Bax, dünya bu minvalla soydaşlarımızın taleyini düz iki yüz il müddətində beləcə müşahidə edib, tarixin yaddaşına köçürüb. Sanki dünyanın insan hüquqlarının müdafiəsinə, təmin olunmasına xidmət edən qanunlar üzrə inkişafı, humanist məqsədlərlə müxtəlif beynəlxalq təşkilatların yaradılması, qanun qüvvəli aktların qəbul edilməsi, beynəlxalq konvensiyalar, insan hüquq azadlıqlarının müdafiəsi ilə bağlı beynəlxalq məhkəmələr, qətnamələr s. bütün bunlar biz yaşayan dünyada deyildi, bunların bizə aidiyyəti yox idi. Ölkə Prezidenti cənab İlham Əliyev bütün bu haqsızlıqlara son qoydu, dünyanın diqqətini Qərbi Azərbaycan məsələsinə yönəltdi.

İndi artıq dünya Qərbi Azərbaycandan, onun əsilli-köklü sakinləri olan azərbaycanlıların öz doğma yurdlarına, əzəli torpaqlarına qayıtmaq planlarından, Qayıdış Konsepsiyasından danışır. O coğrafi məkandan ki, rus imperiyası 1828-ci ildən başlayaraq ermənilərin başqa dövlətlərdən həmin ərazilərə köçürülməsi prosesinin məntiqi nəticəsi kimi, Azərbaycan ərazilərinin qərb hissəsində ermənilər üçün dövlət qurmuşdur. Bütün bunlar tarixin acı həqiqətləridir bu acı həqiqətlərin səbəbkarlarından, günahkarlarından sorğu vaxtı artıq gəlib çatıb. Bunu cənab Prezidentimiz ən yüksək kürsülərdə, beynəlxalq tədbirlərdə cəsarətlə həyata keçirir. Ölkə Prezidentinin Qərbi Azərbaycan İcmasındakı 24 dekabr 2022-ci il tarixli proqram xarakterli çıxışı göstərdi ki, ermənilərə onların havadarlarına, eləcə dünya ictimaiyyətinə verilən siyasi mesajlarla yanaşı, əməli tədbirlərə başlanılıb.

Düşünürəm ki, Prezident İlham Əliyevin Böyük Qayıdış proqramının eskiz-layihəsi hələ dahi Heydər Əliyev tərəfindən cızılmışdı. Onun tərəfindən bünövrəsi zərgər dəqiqliyi ilə qoyulmuş planlı siyasətin İlham Əliyev tərəfindən davamı bu gün uğurlu nəticələri ortaya qoyur. Xatırlayıram ki, dahi Heydər Əliyev tez-tez müxtəlif çıxışlarında olduqca nikbin tərzdə "Qərbi Azərbaycan ərazilərindəki əzəli torpaqlarımıza qayıtmaq" mesajını verər buna əmin olduğunu bildirərdi.

Yenə Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının bir qrup ziyalıları ilə görüşünə qayıdıram: "...burada vaxtilə yerləşmiş Qarabağın məcburi köçkünlər icması artıq öz torpaqlarına qayıdır. Əminəm ki, gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək. əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Onlardan yəqin ki, ən önəmlisi xalqımızın tarixi yaddaşıdır".

Bəli, cənab Prezidentin Qərbi azərbaycanlıların əzəli torpaqlarına qayıdışla bağlı fikrində qədər cəsarət, kəsər əminlik varsa, bir o qədər bütün dünyanın, o cümlədən Ermənistanın qəbul etdiyi hüquqi əsaslar mövcuddur. Belə ki, azərbaycanlılar öz torpaqlarından dəfələrlə deportasiyalara məruz qalıblar. 1828-ci ildən başlayan azərbaycanlıların öz əzəli torpaqlarından çıxarılma prosesi 1905-1906, 1918-1920, 1948-1953- illərdə himayədarlarının ədalətsiz qərarları, qondarma sənədləri, könüllü məcburetmə üsulları, uydurma fikirləri əsasında həyata keçirilmişdisə, 1987-1991-ci illərdə bu deportasiya xüsusilə amansız oldu. Kütləvi qətliamlar, soyqırımı, şəxsiyyətə, mülkiyyətə qarşı zorakılıq ümumiyyətlə insanlıq əleyhinə törədilmiş saysız-hesabsız cinayətlərlə müşahidə olundu. Özü bütün bunlar müasir dünya birliyinin diqqət mərkəzində olmalı olduğu halda, insan hüquqlarından, demokratiyadan dəm vuran dünyanın irqçiliyə, zorakılığa qarşı "mövqedə duran", "başbilən dövlətlərin" diqqətindən, gözündən yayındı. Bu əməllərin təhlilini aparmalı, pozulmuş insan hüquq azadlıqlarının bərpasına yönəlmiş tədbirlər görməli olan dünya susdu. Nəinki susdu, əksər hallarda təcavüzkar Ermənistanı qoltuğunun altına alıb himayə etdi. Budur, dünyanın ikili standartlardan doğan ədaləti.

Amma Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın Qarabağ münaqişəsinin həllində otuz il boyunca üzləşdiyi ədalətsizliyi "bir dəmir yumruq"la darmadağın etdi, "mötəbər BMT"nin özünün qəbul etdiyi, lakin 30 il ərzində icra edə bilmədiyi 4 məlum qətnaməsini 44 günə icra etdiyi kimi, bu işdə hərəkətə keçməli oldu. Bu, zərurətdən doğan bir addımdır. Bu, həmçinin özündə dərin əsaslı siyasi-ideoloji strategiyanı ehtiva edən bir sosial layihədir.

Gəlin, insanlıq əleyhinə törədilmiş cinayətlərlə müşahidə olunan 1987-1991-ci illərin deportasiya aktına hüquqi prizmadan nəzər salaq. Nəyi görürük?

1991-ci ilədək indiki Ermənistan Respublikası ərazisində yaşamış azərbaycanlıların az sayda olan kürdlərin hamısı Ermənistan SSR-in vətəndaşları olublar. Onların bu günədək həmin vətəndaşlıqdan məhrum edilməsi ya vətəndaşlıqdan imtina etmələri barədə hər hansı hüquqi əsas mövcud deyil. Əgər vətəndaş yaşadığı ölkədən öz iradəsinin ziddinə olaraq, işgəncə, ölüm digər zorakılıq hərəkətləri nəticəsində zorla çıxarılıbsa, bu, onun həmin ölkə vətəndaşlığından məhrum edilməsinə hüquqi əsas vermir. Ermənistan SSR-nin həmin dövrdə qüvvədə olan 1978-ci il Konstitusiyasının 31-ci maddəsinə görə "Vahid SSRİ vətəndaşlığı barədə qaydalar"a uyğun olaraq hər bir Ermənistan vətəndaşı SSRİ vətəndaşıdır". "SSRİ vətəndaşlığına dair Qanun"un 7-ci maddəsinə görə isə SSRİ vətəndaşlığından məhrum edilmə, məhkəmənin qanunlara əsasən çıxarılmış qərarına SSRİ Ali Soveti Rəyasət Heyətinin qərara əsasən həyata keçirilir.

Ermənistan SSR Konstitusiyasının 32-ci maddəsində deyilir ki, "Ermənistan SSR-nin vətəndaşları mənşəyindən, sosial əmlak vəziyyətindən, irqi milli mənsubiyyətindən ...asılı olmayaraq qanun qarşısında bərabərdirlər".

Maddə 34. "Ermənistan SSR-nin müxtəlif irqli milli mənsubiyyətli vətəndaşları bərabər hüquqlara malikdirlər. İrqi milli mənsubiyyət əlamətlərinə görə şəxsə qarşı təzyiq ya əldə edilən üstünlük irqi milli zəmində törədilmiş düşmənçilikdir qanunla cəzalandırılır".

SSRİ Konstitusiyasının 33- maddəsinə görə "SSRİ- vahid ittifaq vətəndaşlığı mövcuddur. SSRİ vətəndaşlığının itirilməsi əldə edilməsi SSRİ vətəndaşlığı haqqında qanuna əsaslanır". SSRİ vətəndaşlığının itirilməsi isə yalnız məhkəmə qərarına SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarına əsasən həyata keçirilir. Yəni qeyd olunan qanunlardan göründüyü kimi, Ermənistan SSR-dən zorla çıxarılmış yerli azərbaycanlıların həmin ölkədəki vətəndaşlıq hüquqlarının itirilməsi barədə SSRİ, Ermənistan SSR tərəfindən heç bir hüquqi əsası olan sənəd mövcud deyil.

Ermənistan Respublikası 21 sentyabr 1991-ci il müstəqillik aktında özünü Ermənistan SSR-nin siyasi hüquqi xələfi elan edərək sələfinin bütün beynəlxalq, dövlətlərarası, fərdi ümumi, eləcə daxili vəzifələri, vətəndaşları qarşısındakı öhdəlikləri s. öz üzərinə götürmüşdür. Bu o deməkdir ki, Ermənistan SSR zamanında öz vətəndaşlarına qarşı insanlıq əleyhinə törədilmiş kütləvi zorakılıq aktına görə indiki Ermənistan Respublikası birbaşa həm siyasi, həm hüquqi məsuliyyət daşıyır.

Belə ki, Ermənistan Respublikasının 5 iyul 1995-ci il (27 noyabr 2005-ci il dəyişikliklərilə) Konstitusiyasının 47-ci maddəsinin 1-ci bəndində qeyd olunur ki, "Ermənistan vətəndaşlarından doğulmuş uşaq Ermənistan vətəndaşıdır". 5-ci bəndində isə deyilir ki, "Ermənistan Respublikasının vətəndaşı vətəndaşlıqdan məhrum edilə bilməz".

Maddə 32. Hər kəsin öz mənzil (yaşadığı ev) toxunulmazlığı hüququ vardır.

Maddə 60.

1. Hər kəsin qanuni əsaslarla əldə olunmuş öz mülkiyyətinə sahib olmaq, ondan öz mülahizəsinə uyğun olaraq istifadə etmək, idarə etmək, sərəncam vermək hüququ vardır.

2. Vərəsəlik hüququna zəmanət verilir.

3. Mülkiyyət hüququ yalnız dövlət ictimai maraqların təmini məqsədilə məhdudlaşdırıla bilər.

4. Məhkəmə qaydasında həll edilmiş qanuni hallardan başqa heç kəsi mülkiyyət hüququndan məhrum etmək olmaz.

Maddə 61. Hər kəsin öz hüquq azadlıqlarının bərpası məqsədilə insan hüquqlarının müdafiəsi üzrə Beynəlxalq təşkilatlara müraciət etmək hüququ vardır.

Maddə 62- isə "Ziyanın ödənilməsi hüququ" yer alır.

Beləliklə, 1987-1991-ci illər ərzində insanların milli mənsubiyyətinə görə vətəndaşı olduğu həmin ölkənin Konstitusiyasında nəzərdə tutulmuş hüquq azadlıqlardan qətliam işgəncələrlə müşahidə olunan zorla çıxarılma prosesi həmin dövrdə qüvvədə olmuş, qeyd olunan SSRİ Ermənistan SSR qanunlarının cinayətkarcasına pozulması ilə müşayiət olunmuşdur.

Bunlarla yanaşı, həm Ermənistan SSR-nin xələfi olan Ermənistan Respublikası tərəfdar çıxdığı beynəlxalq qurumların, hamılıqla qəbul edilən "İnsan hüquqlarının əsas azadlıqlarının müdafiəsi haqqında" müxtəlif protokolların, qərarların s. tələblərinə zidd olaraq insanlıq əleyhinə cinayət törətmişdir.

BMT-nin üzvü olan dövlətlər, o cümlədən Ermənistan Respublikası üçün mütləq şərt olan, beynəlxalq statuslu 1948-ci il 10 dekabr tarixli "Ümumdünya İnsan Hüquqları Bəyannaməsi"nin 15-ci maddəsində deyilir:

1. "Hər bir insanın vətəndaşlıq hüququ var".

2. "Heç kəs məcburi şəkildə vətəndaşlıqdan, yaxud vətəndaşlığını dəyişmək hüququndan məhrum edilə bilməz".

İnsan Hüquqları haqqında Avropa Konvensiyasına dair Strasburq, 16 sentyabr 1963- il protokolunun 3- maddəsinin 1-ci bəndində deyilir ki, "Heç kəs vətəndaşı olduğu dövlətin ərazisindən fərdi ya kollektiv tədbirlər yolu ilə çıxarıla bilməz". Həmçinin, Ermənistan Respublikası Konstitusiyasının 47-ci maddəsinin 5-ci bəndinə görə "Ermənistan Respublikasının vətəndaşı vətəndaşlıqdan məhrum edilə bilməz".

İnsan hüquqlarının əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya dair Paris, 20 mart 1952-ci il protokolunun 1-ci maddəsində isə "Mülkiyyətin müdafiəsi" nəzərdə tutulur. Burada deyilir ki, "Hər bir fiziki hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs.., öz mülkiyyətindən məhrum edilə bilməz". Lakin insan hüquqlarının müdafiəsinə yönəlmiş bu ya oxşar mahiyyəti olan başqa sənədlərin tələblərinin ziddinə olaraq Ermənistanın yüz minlərlə öz vətəndaşlarına qarşı zor tətbiq etməklə ölkədən çıxarıb onları bütün konstitusion hüquqlarından məhrum etməsi faktı ortadadır.

Göründüyü kimi, Ermənistanın da tərəfdar çıxdığı çoxsaylı, bu kimi oxşar məzmunlu beynəlxalq qanunların - BMT-nin İnsan hüquqları üzrə Komitəsi, onun Ali Komissarlığı, İnsan hüquqları üzrə Ümumi Bəyannamələr, konvensiyalar başqa digər bu yönlü mahiyyəti daşıyan tələblərin kobud şəkildə pozulması nəticəsində nəinki 1991-ci ilədək ölkədən çıxarılmış soydaşlarımızın, eləcə həmin vətəndaşların vərəsələrinin konstitusion hüquqları bu günədək pozulmaqda davam edir.

Yuxarıda göstərilən göstərilməyən aidiyyəti qanun qüvvəli beynəlxalq hüquqi aktların, həmçinin Ermənistan qanunların icrası isə göründüyü kimi tövsiyə xarakterli deyil, imperativdir. Qeyd olunan hüquqi əsaslara görə hesab edirəm ki, ilk növbədə 1987-1991-ci illərdə Ermənistandan zorla çıxarılmış azərbaycanlıların Ermənistan Respublikasının vətəndaşlığı hüquqları bərpa olunmalıdır. Bundan əlavə, nəzərə alsaq ki, Ermənistan Respublikası Konstitusiyasının 47-ci maddəsinin 1-ci bəndində "Ermənistan vətəndaşlarından doğulmuş uşaq Ermənistan vətəndaşıdır" anlayışı mövcuddur, onda həmin tələbə müvafiq olaraq qeyd olunan illərdə ölkədən çıxarılan azərbaycanlı vətəndaşların övladlarının da həm vətəndaşlıq, həm varislik hüquqları təmin edilməlidir. Soydaşlarımızın vətəndaşlığının bərpası təmin edilərsə, buradan irəli gələn bütün konstitusion hüquqları, o cümlədən mülkiyyət, dəymiş maddi-mənəvi ziyanın ödənilməsi s. kimi hüquqların tələbi beynəlxalq hüquq normaları bazasında öz əsasını tapmış olar.

Düşünürəm ki, toxunduğum çox məsuliyyətli, sərrast yanaşma tələb edən bu əhəmiyyətli məsələylə bağlı səriştəli, peşəkar hüquqşünaslar tərəfindən hüquqi bazanın daha dərin mükəmməl işlənib hazırlanması təmin edilməlidir. Ölkə Prezidenti cənab İlham Əliyevin başladığı uğurlu Böyük Qayıdış siyasətinə hamımız qoşulmalı, hər birimiz bacardığımız işlə, peşəmiz, biliyimiz, savadımız çərçivəsində əlimizdən gələni etməli yardımçı olmalıyıq.

Hüseyn XƏZƏR,

hüquqşünas, AJB-nin üzvü.