Xarici işlər naziri rotasiya qaydasında xarici ezamiyyətə gedən diplomatlarla görüşüb
Siyasət

Xarici işlər naziri rotasiya qaydasında xarici ezamiyyətə gedən diplomatlarla görüşüb

İyunun 5- xarici işlər naziri Ceyhun Bayramov rotasiya qaydasında xarici ezamiyyətə gedən diplomatlarla görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlik konsulluqlarında fəaliyyət göstərəcək diplomatları təyinatları münasibətilə təbrik edib.

Nazir ölkəmiz üçün tarixi bir dönəmdə həyata keçən bu təyinatın, ölkəmizin beynəlxalq müstəvidə layiqli şəkildə təmsilçiliyi baxımından hər bir diplomatın üzərinə böyük məsuliyyət qoyduğunu qeyd edib bu xüsusda, diplomatlarımızın hərtərəfli hazırlığının vacib olduğunu vurğulayıb.

C.Bayramov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun qazandığı Qələbədən sonra bölgədə yaranmış yeni reallıqlar, ölkəmizin xarici siyasətinin bu reallıqlara uyğun olaraq həyata keçirilməsi, Azərbaycanın maraqlarının beynəlxalq müstəvidə təmin edilməsi, diplomatların təmsilçiliyin vəzifələri digər mövzular barədə diplomatlara ətraflı məlumat verib.

Diplomatlarla geniş fikir mübadiləsi aparan nazir onların suallarını cavablandırıb.

AZƏRTAC