Yalan və iftiralara imkan verilməyəcək
Siyasət

Yalan və iftiralara imkan verilməyəcək

O gün Cəbrayılda, Arazın sahillərində əsl bayram yaşanırdı. Yenicə azadlığa çıxan torpaqlar elə sevinirdi ki... Çünki doğma, onu azadlığa qovuşduran, vaxtilə ona can verən, qoynunda doğulub böyüyən insanlara qovuşmuşdu. Doğma ayaq səslərinə mürgüdən ayılıb canlanırdı torpaq. İnsanlar da cuşa gəlmişdi, şeir, bayatı deyən kimnəğmə dilə gətirən kim:

Əzizim Ordubada,

Yol gedir Ordubada.

Sərkərdə igid olsa,

Heç verməz ordu bada...

50, 100, bəlkə 200 il əvvəl xalqın yaratdığı bu bayatı günümüzlə necə səslənirdi. "Bizim bayatılarımız əsrlərin daş yaddaşından süzülüb gəlir, hesab edirəm ki, bax elə bu misraları da əsrlər öncə məhz sizə yazıb xalqımız", - deyir, qalib sərkərdimizə minnətdarlıq edirdi Cəbrayıl sakini:

Əzizinəm aydın olsun,

Ay doğsun, aydın olsun.

Bu gün Cəbrayılın bir yaşıdır,

Cəbrayıllıların gözü aydın olsun!..

Əməkdar artist Yaqut Abdullayeva ruhlanmışdı bu bayatıdan, yanıqlı səsilə yurddaşlarına, xalqımıza  gözaydınlığı  verirdi. Muğam üstdə köklənən xoş melodiya dərələrə, təpələrə, başı buludlara çatan əzəmətli dağlara yayılır, Arazın sularına qarışıb dünyanın uzaq-uzaq məmləkətlərinə üz tuturdu. Necə deyərlər, dünyaya mesaj göndərirdi. O gün dünya elə sözün həqiqi mənasında mesajlar, ismarıclar da almışdı.

2021-ci il oktyabrın 5-  Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşmüş, Memorial Kompleksin şəhərin bərpasının təməl daşını qoymuşdu. Müzəffər Ordumuzun qələbəsindən sonra cəbrayıllılarla ilk görüşünü keçirən dövlət başçısı, qalib sərkərdə düz bir il əvvəl oktyabrın 4- Cəbrayıl şəhərinin işğalçılardan azad edildiyini bu günü o yerlərin sakinləri ilə birgə keçirmək üçün gəldiyini qürurla söyləmişdi. Bayatıda da deyildiyi kimi, ordusunu bada verməyən bu igid sərkərdə Cəbrayıl əməliyyatının əhəmiyyətindən danışmış, onun azad olunmasından sonra digər rayonlara uğurlu addımlar atmağın mümkün olduğunu, ard-arda Zəngilan, Qubadlı Laçın rayonunun cənub hissəsinin işğalçılardan azad edildiyini fəxrlə bəyan etmişdi.

Cənab Prezident İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış reallıqlardan, Azərbaycanın bütün qonşu ölkələrə əməkdaşlıq platforması təqdim etdiyindən, daha doğrusu, Türkiyə Prezidenti tərəfindən təklif olunan əməkdaşlıq platformasına Azərbaycanın birinci dəstək göstərdiyindənkimlərinsə bu işə əngəl yaratdığından da danışmışdı: "Biz xoşniyyət göstəririk. Amma bu, o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Mən bunu burada - Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm. Azərbaycan xalqına bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq. Biz bu ittihamları rədd edirik, qəbul etmirik sübutlar tələb  edirik... Sübutlar varYoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun".

Hələ işğal dövründə İran bəyan edirdi ki, guya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Azərbaycana maddi mənəvi yardım göstərir, dəstəkləyir. Ancaq Azərbaycan xalqı o qədər sadəlövh deyil. O, necə İslam dövlətidir ki, islami dəyərlərə hörmətsizlik edənlərlə qucaq-qucağadır, məscidlərə donuz bağlayanlara "həyat verir", onlar üçün "nəfəslik" olur...

1990- illərin əvvəllərində Sovet İttifaqı çökdü. Bununla da bir təhdid ortadan qalxmış oldu, amma yenitəhlükəçıxdı ortaya: müstəqil Azərbaycan. Məhz həmin tarixdən İranın istər dünya, istərsə region ölkələri ilə münasibətlərində dəyişkənlik müşahidə edilir, yəni münasibət ya yaxşı olur, ya da pis. Dostluq münasibətləri gah soyuyur, gah da istiləşir.

Azərbaycana qarşı bütün qərəzli yanaşmalar əslində qorxuya əsaslanır. Çünki müstəqil Azərbaycanın gücü, qüdrəti, yenilməz ordusu, igid sərkərdəsi var:

Sərkərdə igid olsa,

Heç verməz ordu bada...

Zümrüd QURBANQIZI,

"Respublika".