ELAN
Reklam və elanlar

ELAN

Azərbaycan Respublikası Elm Təhsil Nazirliyi Azərbaycan Memarlıq İnşaat Universiteti  2023- il üçün cədvəldə göstərilmiş ixtisaslara fəlsəfə elmlər doktoru proqramları üzrə doktorantura dissertanturaya qəbul elan edir

** Dissertant hazırlığı üzrə adambaşına maliyyələşmə nəzərdə tutulmadığı üçün  dissertanturada hazırlıq ali təhsil müəssisələrinin öz əməkdaşları üçün  həmin müəssisənin  hesabına, digər şəxslər üçün ödənişli olacaq.

Qəbul qaydaları haqqında məlumatı AzMİU-nun Doktorantura şöbəsindən almaq olar. Əlavə olaraq bildirilir ki, doktoranturaya sənəd qəbulu "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" (TMİS) vasitəsilə elektron qaydada həyata keçirilir. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm vəTəhsil Nazirliyinin  portal.edu.az saytına daxil olmalı, orada "Ali orta ixtisas təhsil müəssisələrini tələbə qəbulu qeydiyyatı" xidmətini seçərək, təlimatlara (Təlimatlar əlavə edilir) uyğun olaraq qeydiyyatdan keçməlidirlər. Portal.edu.az vasitəsilə müraciətlərin göndərilməsi cari ilin 12 aprel  tarixindən başlayacaq 16 may sənəd qəbulu üçun son tarixdir.