ELMİ-TEXNİKİ YENİLİKLƏR
Maraqlı

ELMİ-TEXNİKİ YENİLİKLƏR

Süni zəka ilə “sehrli xalça”nın müasir rəqibi

Massaçusets Texnologiya İnstitutunun alimləri Kompüter Elmləri və Süni İntellekt Laboratoriyasında “ağıllı xalça” yaradıblar. Bu xalça Ələddinin “sehrli xalça”sı kimi uça və yaxud danışa bilməsə də, insanların hərəkətlərini uzaqdan izləyə bilir, müxtəlif fəaliyyətə dair sinxronlaşdırılmış toxunma və vizual məlumatlar toplayır.

Ticari bazarda ucuz qiymətə başa gələn xalça, təzyiqə həssas keçirici iplik və doqquz mindən çox sensorlu otuz altı ayağı əhatə edir. Sensorların hər biri insanların ayaqları, əzaları, gövdə və xalça arasındakı fiziki təmasda olan təzyiqi elektrik siqnallarına çevirir. Sistem xüsusi olaraq təkan verən birinin, video və müvafiq istilik xəritəsi kimi sinxronizasiya olunmuş toxunma, vizual məlumatları üzərində öyrədilmişdir. Xalça üzərinə çıxan, yaxud ona toxunanın 3D şəklini və videosunu çəkib hazırlaya bilir. Bir sözlə, bu yeni texnoloji avadanlıqda elektron bir interfeys cihazı və məlumatların işlənməsi sistemi hazırlanmışdır.

“Bu model yüksək riskli insanlar üçün, reabilitasiya monitorinqi, hərəkətlilik kimi bir sıra sağlamlıq baxımından məlumatları təmin edir. Xalçadan məşq məqsədləri üçün də istifadə edə bilərsiniz. Yalnız toxunma məlumatlarına əsasən aktivliyi tanıya bilir, yandırılmış kalori miqdarını hesablayır.”-deyə, tədqiqat müəllifi Yunzhu Li izah edib.

Alimlər gələcəkdə xalçanın yeni dizaynında eyni anda bir deyil, bir neçə insanla bağlı məlumatları ötürə, çəki, boy kimi informasiyaları da təmin edə biləcəklərinə ümid edirlər.

Məlumat “Science X Daily” portalında yayımlanıb.

Misir mumiyasının sirləri KT müayinəsində açıla bilər

Qədim Misirin sirlərini aşkar etmək məqsədilə italiyalı tədqiqatçılardan ibarət qrup müasir tibbi texnologiyadan istifadə edərək mumiyanı KT müayinəsindən keçiriblər.

Qədim Misir rahibi Ankhekhonsun mumiyası “Bergamo’s Civic Archaeological Museum” muzeyindən götürülərək Milan xəstəxanasına köçürülüb. Keşişin mumiyasının təxminən 3000 yaşı var və alimlər bu tədqiqatın qədim Misirin dəfn adətlərinə, eləcə də digər sirli məqamlara aydınlıq gətirəcəyinə ümid edirlər.

“Mumiyalar praktik olaraq bioloji muzeydir, sanki zaman kapsuludur”—deyə, Mumiya Layihə Araşdırmalarının direktoru Sabrina Malgora bildirib.

Malgora mumiyanın adı ilə bağlı bəzi məqamlara da aydınlıq gətirib. Onun sözlərinə görə, keşiş Ankhekhons eramızdan 800-900 il əvvəl yaşayıb, təxminən 3000 yaşı var və adının mənası isə “tanrı khonsu” deməkdir.

Elm adamları bu araşdırmaları ilə Misir keşişinin həyatı haqqında daha dərin məlumatlar əldə edəcəklərinə və onun mumiyalaşdırılmasında hansı növ məhsullardan istifadə edildiyini öyrənəcəklərinə inanırlar.

“Qədim xəstəliklər və yaraların öyrənilməsi müasir tibbi araşdırmalar üçün vacibdir. Keçmişdə olan xərçəngi və ya arteriosklerozu öyrənə bilərik və bu da müasir tədqiqatlar üçün faydalı ola bilər”-deyə S. Malgora əlavə edib.

Tədqiqatla bağlı “Reuters” agentliyi məlumat yayıb.

Alzheimer xəstələrinin beynində metal tapılıb

Britaniyalı alimlər iki ölmüş Alzheimer xəstəsinin beynində mis və dəmir çöküntüləri aşkar ediblər. Metallar amiloid lövhələrində səhv qatlanmış zülallarda toplanmışdır. Bu, metal nanohissəciklərin necə əmələ gəldiyi və neyrodegenerativ xəstəliklərə təsiri haqda sualları gündəmə gətirir.

Dəmir və mis ionları normal insan beyninin fəaliyyətində mühüm rol oynayır. Bir çox ferment və zülal digər maddələrlə reaksiyaya girərək, beyindəki mesajlaşma maddələrinin istehsalında iştirak edən müsbət yüklü metal hissəcikləri ehtiva edir.

“Bu kəşf metal nanohissəciklərin əmələ gəlməsinin neyropatoloji proseslərlə əlaqəli olub-olmamasına dair maraqlı suallar doğurur. Əldə etdiyimiz nailiyyətlərin Alzheimer xəstəliyinin mənşəyi barədə yeni fikirlər verə biləcəyinə inanırıq”-deyə Keele Universitetinin qrup rəhbəri James Everettin bildirib.

Metal nanohissəciklərin beyində hansı ro

lu oynadığı hələ ki, bəlli deyil. Alimlər düşünür ki, oksidləşdirici stresə səbəb olan reaktivlər, oksigen növlərini meydana gətirə bilər. Bu sahədəki əlavə tapıntılar yeni müalicə yanaşmalarına zəmin yaradır. Amiloid quruluşları ilə əlaqəli kimyəvi azaldılmış mis və dəmir, təsirlənmiş beyin bölgələrində oksidləşdirici stresi azaltmaq məqsədi daşıyan, alternativ Alzheimer müalicələri üçün yenilikçi bir hədəfi təmsil edə bilər. Yeni kəşf metalların neyrodegenerativ xəstəliklərdə toksikliyinin rolu haqqında anlayışı genişləndirmə potensialına malikdir.

Məqalə “Bild der Wissenschaft” jurnalında nəşr olunub.

Meşə xilasetmələri üçün muxtar dron

Johannes Kepler Universitetinin bir qrup tədqiqatçısı meşələrdə axtarış və xilasetmə işlərini yaxşılaşdırmaq məqsədilə müasir texnologiyadan istifadə edərək muxtar dron hazırlayıblar.

Sıx meşələrdə ağac örtüyü səbəbindən itən, yaxud gizlənən insanları təyyarələr və vertolyotlar vasitəsilə tapmaq bir sıra çətinliklər yaradırdı. Bu məqsədlə elm adamları axtarış-xilasetmə işlərinin daha asan yerinə yetirilməsi üçün pilotsuz idarə olunan təyyarələrin vacib olduğunu düşünüblər.

Yeni texnologiya kompüterin gücündən istifadə edərək, optik bölmə alqoritm sisteminə əsaslanır. Dərin maşın öyrənmə texnologiyası istilik siqnallarının insan, heyvan yaxud digər mənbələrdən olub-olmamasını təyin edə bilir. Sistem istilik sensorlarından alınan xəbərdarlıqla obyektin yerini təyinetmə bacarığına malikdir. Dron durbin və kameralarla təchiz edilmişdir. Termal görüntü kameraları və istilik siqnalları ağacların arasında itən, yaxud gizlənən obyekti üzə çıxarır.

Pilotsuz təyyarələr 17 növ sahə təcrübəsi üzərində sınaqdan keçirilmişdir. Sınaq müddətində tədqiqatçılar ağac örtüklərinin arasında və altında gizlənmiş 42 nəfərdən 38-ni tapmağı bacarıblar.

“Termal görüntü işlənməsi, təsnifatı və dinamik uçuş yoluna uyğunlaşma, real vaxtda uçarkən hesablanır. Bu tapıntı axtarış missiyalarının əhəmiyyətli dərəcədə qısaldılmasına imkan verir və əvvəlki yanaşmalar ilə müqayisədə görüntü mürəkkəbliyini minimuma endirir”-deyə tədqiqat müəllifi Andreas Birk “Science Robotics” jurnalında dərc edilən məqalədə bildirib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.