Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Beyin bədənin xaricində nə qədər yaşaya bilər?

Beynimiz ən mürəkkəb orqanizmimiz olduğu halda, sağ qalmaq üçün çox şey istəmir, ancaq onu təcrid olunmuş halda canlı tutmaq çətindir.

Onurğalı beyinlərin metobolik ehtiyacları əslində olduqca sadədir, əsasən  oksigen və qlükoza tələb edir. Bunlar beyinə süni qan əvəzedicisi verən damarları bağlaya və onurğa mayesinə batıraraq oksigenlə doyurmaqla təmin edə bilər. Qvineya donuzu, it və meymunun beyni çıxarıldıqdan sonra saatlarla, hətta günlərlə canlı olaraq saxlanılır.

Əslində, qapalı bir cisim olmadan beynin sağlamlığı kifayət qədər qiymətləndirilə bilər. Ümumiyyətlə oksigenin alınması və elektrik aktivliyinin olması beynin canlı olduğuna dəlil olaraq qəbul edilir. Kəsilmiş beyni yenidən bağlamaq üçün heç bir yol olmadığından, onun şüurlu və tam işlək olub-olmadığına dair mühakimə etmək çox çətindir.

 

Marsın cazibə qüvvəsi varmı?

Qırmızı planetin cazibə qüvvəsi Yer kürəsindən fərqlidir. Cazibə qüvvəsi göy cisminin nə qədər ağır olduğuna bağlıdır.

Mars Yerdən daha kiçikdir, diametri bizim yaşadığımız planetin təxminən yarısı qədərdir. Dünya ilə müqayisədə Marsdakı cazibə qüvvəsinin çəkmə qabiliyyəti təxminən üç dəfə azdır. Yəni cazibə sürəti 9,8m/san kvadratdırsa, Qırmızı planetdə 3,711m/san-yə bərabərdir. Bəli, Marsda gəzmək mümkündür, amma təəssüf ki, çəkisi olan xüsusi kostyum olmadan qeyri-mümkündür.

 

Tüstü arıları necə ram edir?

Bal arıları həyəcanlandıqca (adətən şan üçün təhlükə olaraq qəbul edildikdə) güclü qoxulu feromonlar izopentil asetat və 2-heptanon yayırlar. Bu birləşmələr digər arılara həyəcan siqnalı verir ki, bu da öz növbəsində oxşar feromonlar əmələ gətirir, beləliklə bütün həşəratlar müdaxiləyə məruz qalan kimi görünən hər şeyə hücum edir. Tüstü, arıların qoxu hissinə müdaxilə edərək, feromonların aşağı konsentrasiyalarını aşkar edə bilməyəcək şəkildə yayılır. Texniki baxımdan, tüstü arıların elektroantennoqraf reaksiyasını azaldır. Əslində güclü çiçək qoxusu da buna bənzər təsir göstərə bilər. Amma peşəkar arıçılar, yəqin ki, tüstünün daha ucuz başa gəldiyi üçün ondan istifadə edirlər.

 

Bədənimizdə nə qədər kimyəvi maddə var?

Vücudumuz daim fərqli kimyəvi birləşmələr hazırlayır, dəyişdirir, məhv edir və buna görə də hamısını saymaq mümkün olmadığı üçün ancaq təxmin edə bilərik.

Su ən çox yayılmışıdır, lakin uzun şəkər molekulları, zülallar, RNT və DNT-lər də üstünlük təşkil edir. Ehtimal edilir ki, bədəndə nüvəli insan hüceyrələri olduğu qədər çox fərqli kimyəvi maddələr də var. Elm adamları təkcə bağırsaqda təxminən 5 trilyon kimyəvi maddənin olduğunu güman edirlər. Əsasən mutasiya ilə bir hüceyrədəki DNT molekullarının digərlərindən fərqli ola biləcəyi zənn edilir.

 

Yer üzündə həyatın olmadığı bir yer varmı?

Həyat çox dayanıqlıdır, amma dünyada bütün canlıların sağ qala bilməyəcəyi bir yer var və bu da suyun əhəmiyyətinə bağlıdır.

Əslində həyatın inanılmaz dərəcədə elastikliyini Antarktidanın ən dərin yerlərində belə canlıların, hətta Ölü dənizdə “duzsevər” haloarxeya kimi mikroorqanizmlərin tapılması sübut edir.

Lakin dünyada heç bir canlı orqanizmin yaşamadığı bir yer var: Çilidəki Atakama çölü. Bunun da əsas səbəbi oradakı su çatışmazlığıdır. Atakamanın bəzi hissələri təxminən onilliklərdir ki, yağış görməmişdir. Oradakı asidik torpaq və yüksək hündürlük nisbətən ultrabənövşəyi radiasiyaya səbəb olsa da bu, canlı orqanizmlərin yaşaması üçün münbit şərait yaratmır.

 

Toxumlar hansı yolla yetişəcəklərini necə bilirlər?

Bütün bitkilər cazibə sahəsinin istiqamətini hiss edə və buna uyğun olaraq özlərini yönləndirə bilirlər. Buna geotaksis deyilir. Yetkin bitkilərdə fototaksis (işıq mənbəyinə doğru böyüyən) sap və yarpaqlar üçün cazibə qüvvəsini yox edir. Ancaq köklər və yerin altında olan toxum orientasiya üçün cazibə qüvvəsinə əsaslanır.

Mexanizmin ya altdakı hüceyrə divarına daha çox təzyiq göstərən protoplazmaya (hüceyrənin içindəki canlı maddə), ya da dibində məskunlaşan nişasta dənələrinə əsaslandığı düşünülür. Bu işarələrdən  biri və ya hər ikisi bitkinin inkişaf etdikcə böyümə hormonlarının istehsalına təsir göstərir.

 

Ölüləri nə zamandan bəri dəfn etməyə başladıq?

Ölülərin dəfn edilməsi neandertallara aid edilə bilər, bəs dəfn mərasimləri nə zamandan bəri başlandı?

Alimlərin araşdırmalarına görə, məlum olan ən qədim dəfn təxminən 130 min il əvvələ təsadüf edir. Ölüləri dəfn etmək, bəlkə də dini təcrübənin ən erkən formasıdır və insanların ölümdən sonra nə olacağından narahat olduqlarını göstərir. Elm adamları dəfnin neandertalların dövründən başladığını söyləyirlər. Belə ki, neandertalların ölülərini alət və sümüklərlə birlikdə basdırdıqlarına dair dəlillər var.

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.