Məzunlarla görüş
Elm və təhsil

Məzunlarla görüş

Sabirabad Regional Mədəniyyət İdarəsinin tabeliyindəki uşaq musiqi məktəbləri üzrə 2021-2022-ci tədris ilini bitirərək orta və ali ixtisas məktəblərinin musiqi ixtisasına qəbul olunan məzunlarla görüş keçirildi.

Ötən ildən etibarən ənənə halını almış bu görüşdə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə çıxış edərək, məzunları təbrik etdi, onlara gələcək həyatlarında uğurlar arzuladı, həmçinin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyətimizin inkişafına göstərdikləri diqqət və qayğıdan söz açdı.

Görüşdə uşaq musiqi məktəblərinin direktorları da çıxış edərək təşkil olunmuş bu tədbirə görə minnətdarlıqlarını bildirdilər. Daha sonra məzunlara Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının region üzrə şəhər və rayon komitələrinin hədiyyələri təqdim olundu.

Tofiq HÜSEYN,

 "Respublika".