Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında
Siyasət

Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında

ÜMUMMİLLİ LİDER — 100

Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq, hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir. Azərbaycanın müstəqilliyi Azərbaycan Respublikasının dünya birliyində tutduğu yer ilə bağlıdır.

 

Beynəlxalq aləmdə tanınmış siyasətçi, Çin Xalq Respublikasına dostluq münasibəti bəsləyən, Çin xalqının qədim dostu olan cənab Heydər Əliyev Çin-Azərbaycan dostluq münasibətlərinin inkişafında böyük rol oynamışdır.

Xu SZİNTAO,

Çin Xalq Respublikasının sabiq sədri.

 

Bu gün Azərbaycanın nümayiş etdirdiyi uğurlar, nailiyyətlər daha böyük daha sanballıdır. Mən bunda Azərbaycan xalqının görkəmli lideri Heydər Əliyevin şəxsi töhfəsini, hətta deyərdim, şəxsi fədakarlığını görürəm.

Saparmurad NİYAZOV,

Türkmənistanın sabiq prezidenti.

 

Heydər Əlirza oğlu Əliyevin adı Azərbaycan Respublikasının yaradılması, onun dövlətçiliyinin beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi tarixinə qızıl hərflərlə yazılacaqdır.

Boris QRIZLOV,

Rusiya Federasiyasının

sabiq daxili işlər naziri.

 

Heydər Əlirza oğlunun bütün həyatı aramsız qələbələr nailiyyətlərdən ibarət olmuşdur. O, qeyri-adi bacarığa fitri müdrikliyə malik olaraq, bütün şüurlu həyatını vətənə xidmətə həsr etmişdir. Müstəqil Azərbaycan üçün ağır vaxtlarda Heydər Əlirza oğlu Əliyev Vətənin gələcəyinə görə məsuliyyəti öz üzərinə götürdü qısa tarixi müddətdə xalqına sülh əmin-amanlığı, dövlətə yeniləşməni, sabitliyi inkişafı təmin etdi. Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun yüksəlməsinə, Müstəqil Dövlətlər Birliyinin möhkəmlənməsinə təşəkkülünə onun töhfəsi misilsizdir. Heydər Əlirza oğlu Əliyevin adı işi milyonlarla insanın taleyində parlaq iz buraxmış, Azərbaycanın Müstəqil Dövlətlər Birliyinin tarixinə həmişəlik yazılmışdır. Tale mənə Prezident Heydər Əliyev ilə dəfələrlə şəxsən ünsiyyətdə olmaq imkanı bəxş etmişdir.

Yuri YAROV,

Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsinin

sabiq sədri.

 

 

Prezident Heydər Əliyev Azərbaycanı müstəqillikdən sonra nümunəvi bir tərzdə irəli apardı. Azərbaycan xalqının etimadı inamı onun alicənab liderlik keyfiyyətlərinə sayğının nümunəsi idi. Pakistan hökuməti xalqı ölkələrimiz arasında yaxın səmimi münasibətlərin inkişafı üçün görkəmli töhfələrinə görə Prezident Heydər Əliyevi daim yadda saxlayacaqdır.

Mir Zəfərulla Xan CAMALİ,

Pakistan İslam Respublikasının sabiq baş naziri.

 

Prezident Heydər Əliyev Azərbaycanın müstəqillik qazanmasının, ölkənin bugünkü inkişafının təməlini qurmaqla bərabər, regionda sülh sabitliyin qorunması istiqamətində misilsiz xidmət göstərən əvəzolunmaz bir lider idi.

Dzünitiro KOİDZUMİ,

Yaponiyanın sabiq baş naziri.

 

Hörmətli siyasətçi dövlət xadimi kimi Heydər Əliyevin adı nüfuzu Azərbaycan Respublikasının beynəlxalq birlikdə qazandığı layiqli yerlə qırılmaz surətdə bağlı olacaqdır. Biz müasir beynəlxalq gerçəklik şəraitində Bolqarıstan-Azərbaycan dostluq münasibətlərinin inkişafına möhkəmlənməsinə Heydər Əliyevin böyük şəxsi töhfəsini yüksək qiymətləndiririk.

Georgi PIRVANOV,

Bolqarıstan Respublikasının sabiq prezidenti.

 

Heydər Əlirza oğlu böyük siyasətçi, dahi dövlət rəhbəri vətənpərvər, gözəl, istedadlı insan kimi məşhur idi. Sovet dövlətinin, sonralar MDB-nin Azərbaycan Respublikasının tarixinin bir çox parlaq əhəmiyyətli səhifələri onun adı ilə bağlıdır.

Murtuza RƏHİMOV,

Başqırdıstan Respublikasının

sabiq prezidenti.