Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Nazim Hikmət

XX əsr türk ədəbiyyatının böyük şairlərindən olan Nazim Hikmət... Romantik ruhlu, coşqun pafoslu, dərin məzmunlu əsərləri ilə müasir türk ədəbiyyatının inkişafına böyük təkan verən bu şairin həyatı maraqlı faktlarla zəngindir... Oğlunu atdı, bacısının rəfiqəsini aldatdı, Atatürkdən əfv dilədi...

Türkiyədə zadəgan ailəsində anadan olan şairin anası Cəlilə xanım rəsmlə məşğul idi. Onun dövrün tanınmış şairi Yahya Kamalla sevgili olduğunu bilən Nazim Hikmət evdən qaçaq düşür Yahya Kamala belə bir məktub yazır: "Müəllimim olaraq girdiyiniz evə atam kimi girə bilməzsiniz".

O qadınlara olan münasibətilə olduqca məşhurdur. Birini deyək... Bacısının dul rəfiqəsi Pirayə ilə evli idi, həbsdən məktublaşırdılar. Lakin günlərin birində dayısı qızı Münəvvər onu ziyarətə gəlir Nazim qadına aşiq olur. Pirayəni isə atır...

Münəvvərlə evlənən yazıçının bu izdivacdan Mehmet adlı oğlu dünyaya gəlir. Bu ərəfədə əsgərliyə çağırılan şair, çağırışın onun üçün yaxşı olmayacağını düşünərək Moskvaya qaçır. Münəvvəri oğlu Mehmeti Türkiyədə təkbaşına qoyur, özü isə başqa qadınlara yelkən açır.

O qadınlardan biri isə Qalina idi. Nazimlə xəstəxanada tanış olmuşdular. Sonra isə yavaş-yavaş bu eşq solmağa başlamışdır. Sən demə, mavi gözlü yaraşıqlı şair başqa bir qadına aşiq olubmuş. Bu, Vera Tulyakova idi. Qalina həqiqəti öyrənəndə heç demir Nazimin atmağını bağışlayır. Səbəb isə Nazim Hikmətin Veranı sevəndən sonra yaxşı şeirlər yazmasıydı.

Vera Tulyakovanı sevmək şair üçün ağır idi. Çünki bundan bir qədər əvvəl infarkt keçirmişdi bu həyəcan onu öldürə bilərdi. Həkim "sevsən 3 il, sevməsən 10 il yaşayacaqsan" demişdi. Dostlarına bunu danışanda məşhur "Milyon roz" şeirinin müəllifi Andrey Voznesenski "Nazim, sevərək 3 il yaşamağı seç" demişdi. həqiqətən Nazim Hikmət Vera ilə birlikdə 3 il 4 ay yaşadı.

Ayrılıqlarından bir müddət sonra Münəvvərlə oğlu Mehmet onunla görüşmək üçün sosialist şəhəri Varşavaya gəlir. Nazim isə onların yanında qalmır, oğlunu da, Münəvvəri atıb Veranın yanına qayıdır. Oğlu bu hərəkəti ona ömür boyu bağışlamır.

Qəribə faktlardan biri isə odur ki, Nazim Hikmətin həyatında böyük rol oynamış üç qadın - Qalina, Vera Münəvvər onun dəfni zamanı bir araya gəlmişdilər. Üçü yanaşı duraraq Nazimin qəbrinə baxıb həzin-həzin ağlamışdılar.

28 il həbs cəzası alan şair onun 12 ilini dəmir barmaqlıqlar arasında yatmışdı. Deyilənə görə, həbsdə su işgəncəsinə məruz qaldığından travma almışdı. Ömrünün sonuna qədər bədəninə su vurmamış, çimə bilməmişdi. Bu səbəbdən bədənini ətirlə təmizləyirdi.

Atatürkə əfv olunmağı ilə bağlı məktub ünvanlasa da, həmin vaxtlar prezident xəstə yatağında olduğu üçün məsələni köməkçisinin həll etməsini tapşırır. Ancaq sonralar naməlum səbəbdən məsələ öz həllini tapmır...

61 yaşında ürək tutmasından Moskvada vəfat edən şair dünyadan köçərkən əlində oxucularının məktubları səhər qəzeti olub. Vera onun qapının ağzında yerə yıxılmış vəziyyətdə tapmışdı.

 

Fidel Kastro

"Əgər sui-qəsdlərdən sağ çıxmaq üzrə olimpiada olsaydı, mən mütləq qızıl medal alardım". Belə deyərdi Kubanın xarizmatik lideri, öz tərəfdarları arasında xüsusi çəkiyə malik müasir dünyada hamıdan uzun müddətdə hakimiyyətdə olan Fidel Kastro... Müxalifətə qarşı çox amansız davranan bu diktator yarıməsrlik hakimiyyəti dövründə dəqiq statistika olmasa da, 10 minlərlə insanın ölümünə səbəb olub...

Kuba lideri Fidel Kastro keçmiş SSRİ üçün Amerika qitəsindəki inqilab rəmzi idi. Onun haqqında bir çox əfsanələr dolaşsa da, şəxsi həyatı barədə o qədər çox məlumatlar yoxdur.

Məşhur lider varlı mülkədar ailəsində anadan olsa da, o öz həyatı ilə əksəriyyəti yoxsul olan kubalıların həyatları arasındakı fərqdən elə sarsılıb ki, inqilabçıya çevrilib. Tərəfdarlarının "Komandante" kimi müraciət etdikləri lider öz varlığı ilə Amerikaya xatırladıb ki, kommunizm bütün dünyada məğlubiyyətə uğrasa da, bəzi guşələrdə, lap elə onun qulağının dibində hələ nəfəs alır. Birləşmiş Ştatlar ondan xilas olmağa çalışsalar da, Fidel Kastronun hakimiyyəti illərində 10 ABŞ prezidenti dəyişib. Fidel israr edirdi ki, onun ideologiyası, ilk növbədə, Kuba ideologiyasıdır. "Bu, kommunizm, marksizmdir. Bir çox kubalılar Fideli açıq-aşkar xoşlamasa da, onu səmimi-qəlbdən sevənlər az deyildi.

 17 il Kastronun şəxsi cangüdəni işləmiş Xuan Reynaldo Sançesin dediyinə görə, lider ikili həyat tərzi sürürmüş. Belə ki, Kastro gizli ada Kayo-Pedra, "tropik cənnət" adlandırılan məkanda vaxtını öz məşuqələri ilə keçirirmiş. Bu qadınlar içərisində onun sevdiyi Daliya Soto del Valye adlı bir qadın da olub. Deyilənlərə görə, gizli adanı nəinki Fidel Kastro, onunla yanaşı, kubalı nazirlər, həmçinin CNN-in yaradıcısı Ted Törner Alman Demokratik Respublikasının lideri Erix Honekker ziyarət edib. Öz sevgi münasibətlərini dəbdəbəli həyat tərzini məxfi saxlayan Kuba lideri "Aquarama II" yaxtasının olduğunu da xalqından gizlədib.

Fidel Kastronun rəsmən üç həyat yoldaşı olub. Hələ bu harasıdır, Kuba liderinin hətta vətəndaş nikahında yaşadığı qadınlar da az olmayıb. Bir sıra mənbələrin iddialarına görə, onun çox uşağı olub, ancaq Kastro rəsmən 7-sini qəbul edib. Arvadlarından biri intihar edib, o birisi isə "Komandante"dən qaçıb...

Fidelin birinci həyat yoldaşı Mirta Dias Ballartdı. O, Fidelin ilk qanuni nikahdakı arvadı olub. Tələbəlik illərində Fidellə tanış olan Mirta tezliklə ona ərə gedib. O, Kubada nadir hallarda rast gəlinən sarışın, zərif, gözəl xanım olub. Kastro onu görəndə dostlarına deyibmiş ki, o qız onun olacaq. Bu isə inandırıcı deyildi. Çünki Mirta Kubanın o zamankı rəhbəri Batistanın naziri olan generalın qızı idi. Amma Fidel istəyinə qovuşmağı bacarırFidelin bu nikahdan Fidelito adlı oğlu dünyaya gəlsə , cütlük tezliklə boşanır.

Sonralar Kastro öz inqilabçı ideyalarını elan edərkən şəhər bohemasının ən gözəl qadınlarından biri Nati Revuelta ilə rastlaşır. Nati yaşlı Kuba həkimi ilə evil idi. Lakin bu, inqilabçıya həmin gözələ sahib olmağa maneçilik törətmədi. Kastro Mirtayla boşandıqdan sonra Nati onunla yaşamağa başladı. Bu evlilik qeyri-rəsmi nikah əsasında sürürdü. Bu münasibətlərdən isə liderin Alina adlı qızı dünyaya gəlib. Uzun müddət qeyri-rəsmi saxlanılan bu məsələ sonradan həll olunub. Alina ailə həyatı qurarkən Kastro onu qızı kimi qəbul etdi. Bundan başqa, Fidel Kastronun bir övladı da Kubada Amparo adlı qadından olan Xorxe Anxeldir.

Yorulmayan komandantenin digər qanuni arvadı isə katibə köməkçi Seliya Sançes olub. Sonralar həyatına intiharla son qoyan bu qadını Fidel "qoruyucu mələk" adlandırırmış. Seliya Fideldən 5 yaş böyük olub. Komandante ilə tanış olanda Seliyanın 36 yaşı varmış. O, Fidel Kastroya təsir edə biləcək yeganə qadın olub. Rəsmi xəbərdə onun intihar etdiyi deyilsə , bir sıra şayiələrə görə, onu qaynı Raul Kastro güllələyib. Fidelin qardaşı Seliyaya nifrətini heç vaxt gizlətmirmiş.

Ona qarşı olan saysız-hesabsız sui-qəsdlərə rəğmən kubalı lider 90 yaşına qədər yaşayıb öz əcəli ilə vəfat edib.

 

Pyer-Ogüst Renuar

"40 yaşımda mən kəşf etdim ki, bütün rənglərin şahı - qaradır" sözləri fransız rəssamı, impressionizm cərəyanının öncüllərindən olan Pyer-Ogüst Renuara aiddir.. Gözəl mənzərələrin, çiçəklərin, uşaqların qadınların rəssamı olan Renuar fransız rəsminə gətirdiyi yeniliklərlə yaddaqalan işıq rəng ustasıdır. Yerimə qabiliyyətini itirən bu rəssam qarşısındakı fiziki çətinliklərə baxmayaraq, ölənədək rəsm çəkməyə davam etmişdir...

Fransanın Limoges şəhərində anadan olan rəssamın atası dərzi olub. Renuar ailənin dördüncü uşağı idi. Ailəsinin maddi vəziyyəti yaxşı olmadığı üçün Pyer 4 yaşında ikən onlar Parisə köçmək məcburiyyətində qalırlar. O, məktəb illərində atasının emalatxanasında ona kömək edirdi. 13 yaşında ailəsinə maddi yardım etmək üçün işləməyə başlayır. İlk işi çini qablar düzəldilən emalatxanada qabların üstünə şəkil çəkmək olur. Renuarda rəssamlığa həvəs burada yaranır. Çini qabların üstündə rəssamlığın texniki tərəflərini öyrənir. Günortaya qədər çini qablara rəsmlər çəkir, günortadan sonra isə Luvr muzeyinə gedib, orada usta rəssamların əsərlərinin surətini kətana köçürürdü

Rəssamlıq zövqü beləcə formalaşan Renuarın maddi vəziyyəti elə ürəkaçan olmasa da, gördükləri işdən məmnun idi. Sərgidə nümayiş olunmayan əsərlərinə müştəri tapmaq çətin olsa da, bir müddət sonra onun "Lize" adlı əsəri populyarlıq qazandı. 29 yaşlı rəssamın əsəri Parisdə böyük səs-küyə səbəb oldu.

Sonralar Renuar "Guerbois" kafesində tez-tez toplanan sənətsevərlərin marağına səbəb oldu. O, artıq bu kafenin daimi müştərisinə çevrildi. Burada usta rəssamlar tənqidçilərlə tanış oldu. Bu görüşlər əsnasında ayrı bir sərgi açmaq qərarına gəldilər. Ancaq bu istəklərinə elə rahat nail ola bilmədilər. İmpressionist rəssamların sərgisi həmişə təxirə düşürdü. 1870-ci il müharibəsi maddi vəziyyətləri buna mane olurdu. Lakin Renuarın səyləri nəticəsində fotoqraf Nadarın studiyasında sərgini aça bildilər.

Bu hadisə böyük səs-küyə səbəb oldu. Bəziləri bu sərgiyə gülür, lağ edir, bəziləri isə bu yenilikçi rəssamların əsərlərinə nifrətlə yanaşırdı. Ancaq bütün bunlar sərginin qısa zamanda tanınmasına kömək etdi. Artıq xalq bu rəssamları tanımağa başladı. Renuar bu sərgiyə "Luca" adlı əsəri ilə qatılmışdı.

Sevdiyi model Alina Çarioqot ilə evlənən rəssamın bu izdivacdan sonra yaradıcılığının "yetkinlik" mərhələsi başlayır. O, ömrünün sonuna qədər rəsm çəkməyə davam edir.

Artritdən əziyyət çəkən rəssam xəstəliyi səbəbindən fırçanı tuta bilmədiyi üçün rəsm çəkəndə onu iki barmağının arasına iplə bağlayırdı. Ən sadiq modeli olan Qabrielle Renard onun həm aşçısı, həm xidmətçisi, həm uşaqlarının dayəsi idi.

Günlərin birində sağ qolunu sındıran Renuar baş verən hadisəyə görə təəssüflənmək kədərlənmək əvəzinə, fırçanı sol əlinə alır müəyyən müddət keçəndən sonra artıq heç kəsdə şübhə qalmır ki, o, hər iki əlləri ilə şedevr yaratmağa qadirdir.

Yaradıcılığının ən yüksək nöqtəsinə çatdığı zaman amansız xəstəliyə tutulan rəssam 78 yaşında ağciyər iltihabından vəfat edib.

                    Hazırladı:

 Elenora HƏSƏNOVA,

                                "Respublika".