DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

FİNLANDİYA RƏSMİ ŞƏKİLDƏ NATO-YA DAXİL OLDU

NATO ölkələrinin xarici siyasət idarələrinin rəhbərləri aprelin 4- Şimali Atlantika Müqaviləsinin himayədarı olan ABŞ-a Finlandiyanın alyansa qəbuluna dair sənədləri təqdim edib bu vaxtdan etibarən Finlandiya blokun 31-ci üzvü olub. “Trendagentliyinin verdiyi xəbərə görə, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Artıq Finlandiyanın NATO-nun 31-ci üzvü olduğunu bəyan edə bilərəm”, - deyə ABŞ-ın dövlət katibi Entoni Blinken mərasimdə çıxışı zamanı bəyan edib.

Bununla yanaşı, NATO-nun baş katibi Yens Stoltenberq ittifaq ölkələrinin xarici siyasət idarələrinin rəhbərlərinin görüşündəFinlandiyanın NATO-ya üzv olmasının İttifaqın 74- ildönümündə ən yaxşı hədiyyə olduğunubildirib.

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto bundan öncə ölkənin NATO-ya daxil olması haqqında sənədi imzalamışdı. Nazir sənədin imzalanma anını tarixi hadisə adlandırıb. Onun sözlərinə görə, Türkiyə nümayəndələri Finlandiyanın NATO-ya üzvlüyünün ratifikasiyası haqqında sənədi ABŞ dövlət katibi Entoni Blinkenə təqdim ediblər.

 

İSRAİL YENİDƏN SURİYADAKI İRANYÖNÜMLÜ QÜVVƏLƏRƏ RAKET ZƏRBƏLƏRİ ENDİRİB

İsrail Müdafiə Ordusu (İMO) Suriyanın paytaxtı Dəməşqin ətrafına raket zərbələri endirib. “Reportagentliyinin verdiyi xəbərə görə, bu barədə Suriyanın SANA dövlət agentliyi məlumat yayıb.

Bildirilir ki, raket zərbələri İsrailin nəzarəti altında olan Qolan təpələrindən endirilib. İddiaya görə, Dəməşq hökumətinin qüvvələri raketlərin əksəriyyətini zərərsizləşdirə bilib. “Al Hadathtelekanalı zərbələrin hədəfinin Dəməşqin hava limanı şəhərin cənub-şərq hissəsi olduğunu irəli sürüb.

Eyni zamanda, Dəməşqin rəsmi mətbu orqanıSANAdinc sakinlər arasında tələfatın olduğunu iddia etsə , “Hizbullahhərəkatına yaxınTelegramkanalında iranyönümlü qruplaşmaların üzvləri arasında itkilərin olduğu bildirilib. Beləliklə, son 6 gündə bu, İsrailin İranın Suriyadakı obyektlərinə sayca 4- zərbəsidir.

Məlumat üçün qeyd edək ki, İsrail Müdafiə Ordusu adətən Suriyada konkret zərbələr barədə heç bir açıqlama vermir, lakin etiraf edir ki, son on ildə ölkədə möhkəmlənməyə çalışan İranın dəstəklədiyi qruplaşmalara qarşı yüzlərlə döyüş uçuşu həyata keçirib.

 

ABŞ-ın MALİYYƏ NAZİRİ OPEC+ QRUPUNUN QƏRARINA MÜNASİBƏT BİLDİRİB

ABŞ-ın maliyyə naziri Canet Yellen OPEC+ qrupunun may ayından etibarən neft hasilatını gündəlik 1 milyon bareldən çox azaltmaq qərarının qlobal inkişaf üçün müsbət addım olmadığını bildirib. Bu barədəTRTtelekanalı məlumat yayıb.

Verilən xəbərə görə, Canet Yellen bu qərarıqeyri-konstruktivbir hərəkət kimi qiymətləndirib. Nazir qeyd edib ki, bu, inflyasiyanın onsuz da yüksək olduğu bir vaxtda qlobal inkişaf perspektivlərində qeyri-müəyyənlik yaradır istehlakçıların yükünü artırır.

Bununla yanaşı, maliyyə naziri sözügedən qərarın neftin qiymətlərinə necə təsir edəcəyini hələlik qiymətləndirmək üçün bir az daha zamana ehtiyac olduğunu diqqətə çatdırıb.

Xatırladaq ki, aprelin 2- bir neçə OPEC+ ölkəsi qlobal enerji bazarının sabitliyini təmin etmək üçün may ayından 2023- ilin sonuna kimi neft hasilatının könüllü şəkildə azaldılmasını elan edib.

 

GÜNƏŞDƏKİ PARTLAYIŞLAR DƏMİR  YOLU QƏZALARINA SƏBƏB OLA BİLƏR

ABŞ Geofizika İttifaqının alimləri müəyyən ediblər ki, kosmik fırtınalar qatar siqnallarını dəyişmək gücünə malikdir. Bu barədəSputnikinformasiya agentliyi məlumat yayıb.

Bildirilir ki, 1982-ci ilin iyulunda İsveçdə qatarların siqnallarında qüsur yaranıb. Onlar yaşıl rəngdə olmalı olduğu halda qırmızı rəngə çevriliblər. Buna səbəb isə 150 milyon kilometr məsafədə yerləşən Günəşdə başlayan kosmik fırtına idi.

Məlumata əsasən, ulduzların alışması Yerin maqnit sahəsini dəyişdirə günəş maddəsinin üzərinə düşən zaman geomaqnit qısırğasına səbəb bilər. Bu isə, Yer səthində elektrik cərəyanları yaranmasına səbəb olaraq boru kəmərlərinə, dəmir yollarına, elektrik xətlərinə s. daha çox zərər verə bilər.

Alimlər Böyük Britaniyada iki dəmir yolunun işini pozmaq üçün hansı gücdə geomaqnit fırtınasının lazım olduğunu bunun qədər tez-tez baş verə biləcəyini yoxlamaq üçün araşdırma aparıblar.

Bununla yanaşı, alimlər müəyyən ediblər ki, 30 ildə bir Günəşdə kifayət qədər güclü partlayışlar baş verir. Hər 100 ildən bir baş verməsi gözlənilən daha güclü geomaqnit fırtınalar isə demək olar ki, bütün siqnalları tamamilə sıradan çıxara bilər.

Məlumata görə, bu nəticələr alimlərə tənzimləyicilərə qatarların geomaqnit fırtınalarına dərəcədə həssas olduğunu qiymətləndirməyə qatar operatorlarını xəbərdar etməyə kömək edəcək.

 

RUSİYA FİNLANDİYANIN NATO-ya ÜZVLÜYÜNƏ SƏRT REAKSİYA VERİB

Finlandiyanın NATO-ya daxil olması ilə əlaqədar Rusiya Federasiyası cavab tədbirləri görəcək. “Sputnikinformasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Açıqlamaya əsasən, Finlandiyanın Alyansa daxil olması ilə əlaqədar Rusiya təhdidlərin qarşısını almaq üçün hərbi-texniki digər tədbirlərlə cavab verməyə məcbur olacaq.

Nazirlik eyni zamanda qeyd edib ki, üzvlüklə bağlı nəticələr Finlandiya ilə Rusiya arasında münasibətlərə mənfi təsir göstərməyə bilməz.

Finlandiya NATO-nun üzvü olan kiçik, qərarsız ölkələrdən birinə çevrilib eyni zamanda beynəlxalq məsələlərdə öz sözünü itirib. Bu qərarla ölkə nəhayət öz müstəqilliyindən öz kimliyindən üz döndərdi”, - deyə Rusiya XİN-in açıqlamasında bildirilir.

Bununla yanaşı, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Finlandiyanın NATO-ya daxil olması hazırkı vəziyyətin daha da gərginləşməsinə səbəb olacaq.

 

MÖVLUD ÇAVUŞOĞLU İSVEÇƏ NATO-ya QƏBUL ÜÇÜN ŞƏRTİ XATIRLADIB

İsveçin terrorla mübarizədə Türkiyə ilə əməkdaşlığı rəsmi Ankaranın İsveçin NATO-ya daxil olmasını təsdiqləməsi üçün zəruri şərtdir. “ReportunTASSagentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isveçli həmkarı Tobias Billström ilə keçirdiyi görüşdən sonra açıqlamasında bildirib.

 “İsveçli həmkarım ilə görüşdə ona NATO-ya üzv olmaq üçün atılması zəruri olan addımları xatırlatdım. Terrorizmlə mübarizədə nəticəyönümlü əməkdaşlıq mütləqdir”, - deyə Mövlud Çavuşoğlu vurğulayıb.

Xatırladaq ki, İsveç Finlandiya 2022-ci ilin mayında Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət etmişdi, lakin Türkiyə onlardan terror təşkilatları kimi tanıdığı kürd təşkilatlarını terrorçu elan etmələrini tələb edərək bu prosesi əngəlləmişdi.

 

HİNDİSTAN ORDUSUNDA QATIR-ROBOTLARDAN İSTİFADƏ EDİLƏCƏK

Hindistan 2030-cu ilə qədər ordudakı qatırların 60 faizini qatır-robotlarla əvəz etməyi planlaşdırır. Bu barədəIndian Defence Research Wingportalı məlumat yayıb.

Verilən xəbərə əsasən, qatırlardan Hindistan ordusunda çətin iqlim şəraiti olan bölgələrdə yüklərin daşınması üçün istifadə olunur.

Hindistan ordusunun müxtəlif növ ərazilərdə ayrılıqda hərəkət edə bilən maneələrdən qaça bilən dördayaqlı qatır robotları almağı planlaşdırdığı bildirilir.

Eyni zamanda, xəbərdə Hindistan ordusunun sərhəddəki ucqar bazalara ərzaq kimi yükləri çatdıra bilən kiçik, orta böyük yük dronları da almağı planlaşdırdığı qeyd olunur.

Məlumata görə, pilotsuz təyyarələr sərbəst şəkildə işləyə 100-150 kilometrə qədər məsafədə əvvəlcədən müəyyən edilmiş marşrutlar üzrə hərəkət edə biləcəklər.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.