Netanyahu məhkəmə islahatları ilə bağlı güzəştlərlə razılaşdı
Dünya xəbərləri

Netanyahu məhkəmə islahatları ilə bağlı güzəştlərlə razılaşdı

İsrailin Baş naziri Benyamin Netanyahu koalisiya hökumətinin mübahisəli məsələlərdə, o cümlədən, məhkəmə islahatları ilə bağlı müxalifətə güzəştə getməyə hazır olduğunu bildirib.

"Respublika" xəbər verir ki, Netanyahu bunu avqustun 6-da “Bloomberg” agentliyinə müsahibəsi zamanı bildirib.

O, məhkəmə islahatları ilə bağlı suala cavabında həssas məsələlərdə balansı gözləməyin vacibliyini diqqətə çatdırıb.

Baş nazir vurğulayıb ki, o, məhkəmənin həddindən artıq “aktiv” gücü və ya qanunverici orqanın “məhkəmə tərəfindən qəbul edilmiş hər hansı qərarı ləğv etmək” qabiliyyəti kimi ifrat məqamlardan qaçmaq istəyir. 

Nəzrin ELDARQIZI,

"Respublika".