Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri qədər vaxt keçsə , tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib   bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk  ayaq basmasına bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm həyat tərzimizə  böyük təsir göstərib. Bəlkə bu hadisələrin çoxu yaşanmasaydı, dünya indikindən daha fərqli olardı. Həyatımıza sivilizasiyaya  təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə  ekskurs  edək...

 Bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan "II Dünya müharibəsi"ni oxuculara təqdim edirik.

"Respublika".

İkinci Dünya müharibəsi (1939 - 1945)

Bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən  biri II Dünya müharibəsinin başlanmasıdır. Dünyanın siyasi xəritəsinin dəyişməsi ilə nəticələnən bu müharibə tarixdə baş verən ən vacib hadisələrdən  biri kimi qiymətləndirilir. Dünya düzəninin dəyişməsinə səbəb olan II Dünya müharibəsi bəşəriyyətin formalaşmasında çox böyük əhəmiyyətə malikdir.

Müharibə ərəfəsində dünyanın supergüc balansı bir neçə dəfə dəyişikliyə uğramışdır. Geniş miqyas alan müharibə demək olar ki, bütün dövlətləri əhatə etmiş, 10 milyonlarla insanın ölümünə səbəb olmuşdur. 1 sentyabr 1939-cu ildə Almaniya ordusunun Polşaya hücumu ilə başlanan 2 sentyabr 1945-ci il tarixində sona çatan müharibə dünya siyasətinin dönüş nöqtəsi hesab edilir. Belə ki, müharibə dünya arenasında qüvvələrin yenidən paylanmasını meydana çıxardı ki, bu da təkcə Almaniya Yaponiya yox, həmçinin koalisiyanın tərkibinə daxil olan İngiltərə Fransanın  da beynəlxalq nüfuzuna son qoydu. Müharibədən sonra avtoritet mövqeyini bərpa edən ABŞ dünyada aparıcı ölkələrin başında durdu. Bundan əlavə, Hitler koalisiyasına qarşı müttəfiq olan SSRİ ABŞ müharibədən sonra 50 ilə qədər davam edən "soyuq müharibə" başladılar.

Müharibə 1945-ci ildə Antihitler koalisiyasının qələbəsi ilə başa çatdı ki, bununla da dünyanın siyasi xəritəsi çox böyük dəyişikliyə məruz qaldı. Beynəlxalq əməkdaşlıq qurmaq növbəti toqquşmalara imkan verməmək üçün isə BMT yaradıldı. Müharibə həmçinin Afrika Asiyada azadlıq uğrunda hərəkatlara təkan verdi.

II Dünya müharibəsinin başlanmasının əsas səbəblərinə gəldikdə isə bunlardan biri  liberal-demokratik dövlətlərin totalitar rejimləri: faşizm kommunizm rejimlərini bir-birinə qarşı qoyub zəiflətmək məhv etmək cəhdi idi. SSRİ tərəfindən faşizm təhlükəsinin lazımınca qiymətləndirilməməsi müharibənin mühüm səbəblərindən hesab edilir. II Dünya müharibəsi təcavüzə məruz qalmış dövlətlər istisna olunmaqla, bütün tərəflər üçün ədalətsiz xarakter daşıyırdı.

Müharibə 1939-cu il sentyabrın 1- Almaniyanın Polşaya hücumu ilə başladı. Polşa qoşunları məğlub oldu. Polşa hökuməti ölkəni tərk etmək məcburiyyətində qaldı. Böyük Britaniya Fransa Almaniyaya müharibə elan etsə , 1940- ilin mayına kimi ona qarşı fəal hərbi əməliyyatlar aparmadı. Bu səbəbdən  həmin dövr tarixə "Qəribə müharibə" adı ilə daxil olmuşdur. Bu zaman yaranmış vəziyyətdən istifadə edən sovet rəhbərliyi Polşanın şərq torpaqlarını ələ keçirdi. SSRİ ilə Almaniya arasında imzalanmış "Dostluq sərhədlər haqqında" müqaviləyə görə, Polşa ərazisinin bölüşdürülməsi rəsmiləşdirildi. Təcavüzkar hərəkətlərinə görə SSRİ Millətlər Cəmiyyətindən çıxarıldı.

II Dünya müharibəsinin əsas hərbi əməliyyatları Avropa, Asiya Afrikada, habelə Atlantik Sakit okeanda aparılırdı. 1940- ilin yazında alman ordusu bitərəflik mövqeyi tutan Danimarkanı, sonra isə Norveçi ələ keçirdi. Az sonra Hollandiya Belçika təslim oldu. Alman qoşunları Kale limanını ələ keçirərək ingilis-fransız-Belçika qoşunlarını Dünkerkdə sahilə sıxışdırdı. Lakin Hitlerin əmri ilə hücum dayandırıldı rəqibə mühasirədən çıxmaq imkanı verildi. Bu hadisə isə tarixə "Dünkerk möcüzəsi" adı ilə daxil oldu.

Mayın sonlarında almanlar Fransaya hücum etdilər. "Majino müdafiə xətti" yarıldı alman qoşunları Parisə daxil oldu. Fransız faşistlərinin lideri marşal A.Peten təslim haqqında barışıq imzaladı. Ölkə Şimali Almaniyanın təsiri altında qaldı. Fransa faşist hökuməti yalnız ölkənin cənubuna nəzarət edirdi. Böyük Britaniya faşistlərin güclü aramsız hava hücumlarına məruz qalsa da, ölkənin ciddi müqaviməti faşistlərin planlarını puça çıxardı.

Müharibənin döyüş cəbhələrindən biri Şimali Afrika idi. Almaniyanın müttəfiqi kimi Böyük Britaniya Fransaya qarşı müharibəyə başlayan İtaliya Afrikada Keniyanın bir hissəsini, Sudanın mühüm məntəqələrini Britaniya Somalisini ələ keçirdi. Lakin 1940- ilin payızında təşəbbüskar Böyük Britaniya qoşunları İtaliya ordusunun Misirə hücumunun qarşısını aldı işğal olunmuş əraziləri italyanlardan azad etdi.

1941-ci ilin yazında Yuqoslaviya Yunanıstan danışıqsız faşistlərə təslim oldu. Balkanlarda ingilislərin mövqelərinə ciddi zərbə vuruldu. Böyük Britaniya korpusu Misirə qaytarıldı. Bu ərəfədə Şərqdə fransızları məğlub edən yaponlar Çinin böyük bir hissəsini işğal etdilər. Yaponiya hərbi hissələri isə Vyetnam, Laos Kampuçiyada yerləşdirildi. Bu dövrdə faşistlər demək olar ki, bütün Avropanı özlərinə tabe etmişdilər. Qarşıda SSRİ-nin işğalı dururdu. Almaniya SSRİ üzərinə "Barbarossa" adlı hücum planı hazırlamışdı. Plana görə, SSRİ 1941-ci ilin payızına kimi işğal edilməli idi.

1941-ci ilin iyununda Almaniya SSRİ- hücum etdi. "İldırımsürətli müharibə" strategiyasına əsaslanan alman qoşunları qışa qədər Arxangelsk-Həştərxan xəttinə çıxmaq niyyətində idi. Almanlar həmin ilin payızında Moskvaya yaxınlaşdılar. Lakin dekabrda sovet qoşunlarının əks-hücumu ilə Moskva ətrafında alman qoşunları darmadağın edildi. Bununla da "İldırımsürətli müharibə" planı boşa çıxdı.

Sovet qoşunlarının qələbəsi Antihitler koalisiyasını möhkəmləndirdi. Moskva döyüşü zamanı Yaponiya gözlənilmədən ABŞ-ın Havay adalarındakı Pörl-Harbor bazasına zərbə endirdi. Yapon ordusu Tailanda, Malayziyaya Birmaya daxil oldu. Buna cavab olaraq ABŞ Böyük Britaniya Yaponiyaya müharibə elan etdilər. Eyni zamanda Almaniya İtaliya da ABŞ-a müharibə elan etdi. Bununla da ABŞ İkinci Dünya müharibəsinə qoşuldu.

Almaniyanın hücumunun ilk günlərindən Böyük Britaniya ABŞ SSRİ ilə həmrəy olduqlarını elan etdi. ABŞ SSRİ-ni müdafiə etdiyini bildirdi. 1941-ci ilin yayında ABŞ-la Böyük Britaniya "Atlantika xartiyası" adlanan sənəd imzaladı. Sənəddə qeyd olunurdu ki, onların başqa əraziləri tutmaq niyyətləri yoxdur, zorakılığa qarşı çıxır, ədalətli dünya yaradılmasını istəyirlər. SSRİ Çexoslovakiya Polşa mühacir hökumətlərini tanıyaraq sentyabrda "Atlantika xartiyası"na qoşuldu. 1942-ci ilin yanvarında 26 dövlət "Atlantika xartiyası"na qoşulmaq haqqında "Birləşmiş Millətlərin Bəyannaməsi"ni imzaladı. Bu isə müharibənin gedişində əsaslı dönüş yaratdı ki, onun  ilk addımları 1942-ci ilin yayında atıldı.

ABŞ ordusu Sakit okeandakı Miduey adası yaxınlığında yaponlarla döyüşə başladı. Böyük itki verən Yaponiya Sakit okeanda hücuma başlaya bilmədi. Həmin ilin payızında isə ingilis ordusu Misirdə Əl-Əlameyn döyüşündə italyan-alman qoşunlarını məğlub etdi. Lakin müttəfiqlər verdikləri vədə əməl etməyərək 1942-ci ildə Avropada ikinci cəbhəni açmadılar. Bu, almanlara Şərqdə SSRİ- qarşı hücumu genişləndirməyə imkan yaratdı. Lakin almanların hücumu Stalinqrad yaxınlığında dayandırıldı.

Sovet qoşunlarının əks-hücumu düşmənin ağır məğlubiyyəti ilə başa çatdı. Strateji üstünlük müttəfiq qoşunlarının tərəfinə keçdi. Müharibədə tam əsaslı dönüş yarandı. Sovet qoşunları Qafqazda hücuma keçib almanları geri oturtdu. 1943- ilin yayında baş vermiş Kursk döyüşündə faşistlərin məğlub edilməsi ilə sovet-alman cəbhəsində durğunluq dövrü başladı.

1943- ilin iyulunda müttəfiq qoşunlarının Siciliyaya çıxması İtaliyada faşist Mussolini rejiminin devrilməsi ilə başa çatdı. İtaliyanın yeni hökuməti Almaniyaya müharibə elan etdi. Tehranda 1943- ilin payızında Antihitler koalisiyasının əsas dövlət başçıları - F.Ruzvelt, İ.Stalin U.Çörçillin ilk görüşü təşkil edildi.

1944- il iyunun 6-da ABŞ generalı D.Eyzenhauerin komandanlığı altında isə müttəfiq qoşunları Şimali Fransaya (Normandiyaya) çıxarıldı. Bununla da Avropada ikinci cəbhə açıldı.

Müttəfiqlər həmin ilin sonuna kimi bütün Fransa Belçikanın çox hissəsini azad etdilər. Bu dövrdə SSRİ ərazisi düşməndən tamamilə azad edildi. Sovet ordusu Şərqi Prussiya Polşaya daxil oldu. 1944- ilin sentyabrında Bolqarıstan Rumıniya müttəfiqlərlə barışıq imzaladı Almaniyaya müharibə elan etdi. Bu zaman sovet ordusu Yuqoslaviyaya daxil oldu. Bu vaxt ABŞ qoşunları Marşal, Marian Filippin adalarını tutub Yaponiyanın əsas dəniz yollarını nəzarət altına aldı.

1945-ci ilin fevralında "böyük üçlüy"ün dövlət başçılarının Yaltada yeni görüşü keçirildi. Krım (Yalta) konfransı adlanan bu görüşdə qərara gəlindi ki, Almaniya danışıqsız təslim olmalı ərazisi işğal edilməli, SSRİ, ABŞ, Böyük Britaniya ilə yanaşı, Fransaya da işğal zonası verilməli, Almaniyadan isə təzminat alınmalıdır.

SSRİ yeni qərb sərhədlərinin qəti şəkildə  tanınmasına nail oldu. Bununla yanaşı, o, Almaniya ilə müharibə qurtarandan 2-3 ay sonra Yaponiyaya qarşı müharibəyə başlamaq barədəki öhdəliyinə sadiq qaldığını təsdiqlədi. Stalin bunun müqabilində Cənubi Saxalin, Kuril adaları, Mancuriyadakı dəmiryolu Port-Arturun SSRİ- verilməsini tələb etdi.

Bir müddət sonra isə Rur hövzəsində alman qoşunları mühasirəyə alınaraq məhv edildi. Həmin ilin aprelində sovet ordusunun Berlin əməliyyatı başladı. Aprelin 30-da Reyxstaq üzərinə Qələbə bayrağı sancıldı. Mayın 8-dən 9-na keçən gecə alman hökuməti adından feldmarşal V.Keytel təslim aktını imzaladı. Bununla da Avropada müharibə qurtardı. 1945-ci ilin yayında Potsdamda "böyük üçlüy"ün yeni konfransı keçirildi. Konfransın əsas məqsədi Almaniyaya münasibətdə müttəfiqlərin siyasətini müəyyən etmək idi. Paytaxt Berlin daxil olmaqla Almaniya ərazisi 4 işğal zonasına (SSRİ, ABŞ, İngiltərə, Fransa) bölündü dövlətin sərhədləri müəyyən olundu. O, ərazisinin dörddəbirini itirdi. 1945-ci ilin yayına qədər isə yapon qoşunları Filippin, İndoneziya Hind-Çinin bir hissəsindən qovuldu. Yaponiya ABŞ, SSRİ Çinin təslim olmaq tələbini rədd etdi. Bu zaman ABŞ öz gücünü nümayiş etdirmək üçün öncə Xirosimaya, sonra isə Naqasakiyə atom bombası atdı. Minlərlə dinc əhali həlak oldu. Avqustun 8- SSRİ Yaponiyaya müharibə elan etdi. Qısa müddət sonra isə Mancuriya sərhədindən sovet qoşunlarının ümumi hücumu başladı. Yaponiya hökuməti təslim olduğunu elan etdi. Rəsmi təslim aktı 1945-ci il sentyabrın 2- imzalandı II Dünya müharibəsi başa çatdı. Beləliklə, bu müharibə bəşər tarixinə ən böyük ən dağıdıcı müharibə kimi daxil oldu...

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".