Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri qədər vaxt keçsə , tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk ayaq basmasına bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm həyat tərzimizə böyük təsir göstərib. Bəlkə , bu hadisələrin çoxu yaşanmasaydı dünya indikindən daha fərqli olardı. Həyatımıza sivilizasiyaya təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə ekskurs edək...

Bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan "Bəşəriyyətin ən dəhşətli faciəsi: Xirosima Naqasaki"ni oxuculara təqdim edirik:

"Respublika".

Bəşəriyyətin ən dəhşətli faciəsi: Xirosima Naqasaki

Bəşəriyyətin təkamülü prosesində böyük rol oynayaraq tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən biri II Dünya müharibəsinin sonunda ABŞ tərəfindən Yaponiyanın Xirosima Naqasaki şəhərlərinə ilk atom bombasının atılmasıdır. Kütləvi insan qırğını ilə müşayiət olunmuş bu hadisə bəşər tarixinin ən dəhşətli hadisələrindən biri kimi qiymətləndirilir.

Dünyanın düzənini dəyişdirən, insanlıq tarixinə qara hərflərlə yazılmış bu hadisə 1945-ci ilin 6 9 avqust tarixlərində baş verib. Yaponiyanı müharibədə təslim olmağa məcbur etmək məqsədilə belə bir dəhşətli vasitəyə əl atan ABŞ bu addımı atmaqla bütün dünya qarşısında öz strateji üstünlüyünü nümayiş etdirməyi bacarıb.

II Dünya müharibəsi ərəfəsində Almaniya, İngiltərə, ABŞ SSRİ müəyyən fasilələrlə, nüvə müharibəsi yarışına girmişdilər. Hər iki dövlət müxtəlif ölkələrdən alimləri cəlb etməklə, qısa müddətdə güc nümayişinə imkan verəcək atom bombası hazırlamağı qarşısına məqsəd qoymuşdu. Bu işdə casuslar da fəal rol oynayırdılar. Casuslar vasitəsilə adıçəkilən ölkələr rəqiblərin atom bombası ilə bağlı planlarını öyrənir, dərhal tədbir görürdülər. Atom bombası yaratmaq üçün həvəslə işə girişən bəzi elm adamları bu silahın insanlığa necə faciələr gətirəcəyini bildikdə xeyli məyus olmuşdular. Silahı daha təhlükəli edən isə onun siyasətçilərin əlinə keçməsi idi. Təhlükəni hiss edib işdən imtina edən alimlər oldu, işinə həvəslə davam edənlər , habelə atom bombasının sirrini rəqib ölkələrə ötürməklə güc balansını qorumağı, faciənin qarşısını almağı hədəfləyənlər ...

Müharibə başlayandan sonra qarşı dövlətlər arasında qələbə uğrunda qızğın müzakirələr gedirdi. Hər biri qalib gəlmək üçün öz fikirlərini söyləyir, müxtəlif metodlar təklif edirdilər. Bu metodlardan ən amansızı 1944- ilin sentyabrında ABŞ Prezidenti Franklin Ruzvelt Böyük Britaniyanın baş naziri Uinston Çörçill arasında keçən danışıqlarda qeydə alınır. Dövlət başçıları Hayd-parkda bağlanmış razılaşmada Yaponiyaya qarşı atom bombasının tətbiqini nəzərdən keçirirlər. Həmin tarixdə müharibənin başlamasından artıq 4 ildən çox vaxt keçmişdi. Bu müddət ərzində ABŞ döyüşlərdə 200 mindən çox hərbçisini itirmişdi. Eləcə qarşı tərəflərdə çox sayda itki var idi. Yaponiyada həlak olan təkcə dinc sakinlərin sayı 100 mini aşmışdı.

Los-Alamosda ABŞ tərəfdaşlarının 10-11 may 1945-ci ildə ikinci iclası baş tutur. Orada artıq atomun atılması barədə qərarın hansı şəhərlərdə tətbiqi məsələsi müzakirə edilir. Hədəfləri seçərkən psixoloji faktorlara böyük əhəmiyyət verildiyi qeyd olunur. Elə bir şəhər vaxt seçmək barədə qərara gəlirlər ki, təsiri daha çox, gücü daha yüksək olsun. Bu istiqamətdə fikir mübadiləsi aparılır.

Nəhayət, 16 iyul tarixində Nyu-Meksiko ştatında yerləşən poliqonda dünyada ilk dəfə atom silahının uğurlu sınağı keçirilir. Partlayışın gücü təqribən 21 kilotona bərabər idi. Həmin tarixdə isə ABŞ Prezidenti Franklin Ruzvelti Harri Trumen əvəz etmişdi. 25 iyul tarixində Trumen 3 avqustdan başlayaraq aşağıdakı hədəflərdən birini bombalamağa başlamaq əmrini verir. Həmin hədəflər Xirosima, Kokura, Niiqata ya Naqasaki olmalı idi. 26 iyul tarixində ABŞ, Böyük Britaniya Çin hökumətləri Potsdam bəyannaməsini imzalayırlar. Bu sənəddə Yaponiyanın qeyd-şərtsiz kapitulyasiyası tələbi qeyd olunur, Yaponiya isə bununla razılaşmır. ABŞ tərəfdaş ölkələr isə artıq atom bombasını atılmaq üçün hazır vəziyyətə gətirmişdi. Uzun müzakirələrdən sonra ilk atom hədəfi kimi Xirosima şəhəri seçilir. Şəhər 81 körpü vasitəsilə 6 adanın birləşdiyi dəniz səviyyəsindən hündürdə, hamar ərazidə yerləşirdi. Xirosima Yaponiyanın yeddinci ən böyük şəhəri idi. Şəhərdə Beşinci Diviziya feldmarşal Syunruku Xatanın İkinci Əsas Ordusunun qərargahları yerləşirdi. Xirosima Yaponiya ordusunun vacib bazası idi. Üstəlik, şəhərin ətrafında fabriklər yerləşirdi.

Tarix 6 avqustu göstərirdi. Təxminən səhər saat 8 radələrində 9 kilometr yüksəklikdə olan ABŞ-ın "B 29" təyyarəsi Xirosimaya dünyada hərbi məqsədlərlə istifadə olunan ilk atom bombasını atır. Bomba 576 metr yüksəklikdə partlayır. Partlayışın episentrinə yaxın olan insanlar elə o andaca dünyasını dəyişir. Mərkəzdən təxminən 1 kilometr məsafədə olan insanların 80 faizindən çoxu bir neçə dəqiqə sonra ölür. Havada uçan quşlar belə məhv olur.

Partlayışın dalğası 19 kilometrə qədər məsafədə yerləşən pəncərələri param-parça edir. Alov şəhərin 11 kvadratkilometrdən çox hissəsini əhatə edir. Hadisədən sonra ən çox ölüm halı partlayış zamanı şüalanmadan zərər görənlər arasında qeydə alınır. Şüalanma nəticəsində insanların beynində bədxassəli şişlər yaranır. Bəzi zərərçəkənlərdə həmin şişlər ömrünün sonuna qədər qalır.

Xirosimadakı partlayış vaxtı ölənlərin sayı 80 minə çatır. Ümumilikdə isə həmin səbəblə 200 mindən çox insan dünyasını dəyişir, 200 mindən çox insan isə müxtəlif xəstəliklərə tutulur.

Atom bombasının Xirosimaya atılmasından sonra Yaponiya hökuməti müzakirələrə başlayır. Sülh danışıqları barədə çıxışlar olsa da, bu, baş vermir.

3 gün sonra, 1945-ci il 9 avqust tarixində Yaponiyanın daha bir şəhərinə, Naqasakiyə atom bombası atılır. Şəhər iki çayın axdığı iki vadidə yerləşirdi. 90 kvadratkilometr əraziyə malik olan şəhər təkcə dəniz limanı kimi yox, həm sənaye mərkəzi kimi tanınırdı. Orada poladtökmə istehsalı "Mitsubişi" şirkətinin zavod fabrikləri yerləşirdi. Şəhərdə silahlar, gəmilər digər döyüş texnikaları da hazırlanırdı.

9 avqust saat 10:56-da növbəti atom bombası Naqasakiyə atılır. Saat 11:02- 500 metr yüksəklikdə güclü partlayış baş verir. Naqasakiyə atılan bombanın partlayış gücü Xirosimadakından daha böyük olsa da, dağıdıcılıq gücü nisbətən az olur. Buna səbəb kimi isə Naqasakidə təpəliklərin çox olması göstərilir. Naqasaki prefekturasının hesabatına əsasən, episentrdən 1 kilometr məsafədə yerləşən insan heyvanlar elə o andaca ölür. 2 kilometr radiusda yerləşən bütün evlər isə dağılır. Həmin şəhərdə yerləşən 52 min binadan 14 mini uçulur. Partlayış vaxtı ölənlərin sayı 80 minə yaxın olur. Növbəti vaxtlarda isə atom bombasının səbəb olduğu müxtəlif xəstəliklərdən ölənlərin sayı 140 mini ötür.

Həmin hadisələrin birbaşa iştirakçısı icraçısı olan, avqustun 6-da birinci atom bombasını daşıyan "Enola Gay" təyyarəsinin 12 nəfərlik heyət üzvündən biri Teodor Van Kirk öz xatirələrində yazırdı: "1944- ilin sonlarından biz Yuta ştatında xüsusi təlimlərə başlamışdıq. Bu təlimlər tam məxfi keçirilirdi. 12 nəfərdən ibarət heyət üzvləri bu təlimlərin ciddi xüsusi olduğunu dərk edirdilər. Heç kim atom bombası sözünü dilə gətirmirdi bu haqda bizə məlumat verilmirdi. Keçiriləcək əməliyyata məsul olan çinlilər sadəcə bizə söyləyirdilər ki, təyyarədə apardığınız hərbi sursat bütöv bir şəhəri məhv edəcək. Təlimlərdə tez-tez alimləri görürdük. Sözsüz ki, biz yaxşı başa düşürdük ki, nəzərdə tutulmuş hədəfə atom bombası atmalıyıq. Avqustun 5- Tinian adasında sonuncu əməliyyat müşavirəsi keçirildi. Müvafiq göstərişlər tapşırıqlar verildikdən sonra bizə dedilər ki, indi gedib yatıb yaxşıca dincəlməlisiniz. Təyyarənin bortunda atom bombası olan heyət üzvləri yata bilərdimi? Sözsüz ki, yox. Düz uçuş başlanana qədər poker oynadıq. Avqustun 6-da saat 2:45- adadan hədəfə doğru uçuşa başladıq. 2800 kilometr məsafə qət etməliydik. Lazım olan yerə cəmi 45 saniyə gecikmişdik. Saat 9:15. Atom bombasını atırıq. 43 saniyədən sonra Xirosima şəhərinin 580 metr hündürlüyündən bombanı aşağı buraxdıq dərhal təyyarəni sürətli sıçrayışla daha hündürlüyə qaldırdıq. Bir göz qırpımında baş verən dəhşətli partlayışı hamımız hündürlükdən seyr edə bildik. Partlayışın tükürpədici səsindən isə bizə elə gəldi ki, təyyarə parça-parça olacaq. Əməliyyat uğurla başa çatmışdı. Möhkəm yorulmuşdum. Geri qayıdan kimi rahat yatdım".

Beləliklə, ikinci bombadan sonra 1945-ci il 15 avqust tarixində Yaponiya kapitulyasiya elan edir. Baş nazir Kantaro Sudzuki, xarici işlər naziri Siqenori Toqo hərbi nazir Koretika Anaminin hökuməti müharibəni dərhal bitirməyə məcbur olur. 1945-ci ilin 2 sentyabrında imzalanmış kapitulyasiya aktı II Dünya müharibəsini rəsmi olaraq bitirir. Ancaq həmin şəhərlərə atılan atom bombalarının mənfi təsirləri faciənın üzərindən uzun müddət keçməsinə baxmayaraq, hələ qalmaqdadır...

1945-ci ilin 6 avqust faciəsinin xatirəsinə həmin gün "Ümumdünya Nüvə Silahlarının Qadağan edilməsi Günü" kimi tarixə düşür. Yaponiya hər il bu faciənin ildönümünü beynəlxalq səviyyədə qeyd edir.

Bu gün artıq nüvə gücünə malik dövlətlər Xirosima Naqasakiyə atılan bombaların düz 2500 qat güclüsünü istehsal edə bilir. Hazırda Xirosima Naqasakiyə atılan atom bombalarından dəfələrlə artıq dağıdıcı gücə malik nüvə silahları Rusiya, ABŞ, Çin, Pakistan, İngiltərə, Şimali Koreya s. ölkələrin arsenalına daxildir. Alimlərin hesablamalarına görə, dünya dövlətlərində 3000-dən çox nüvə başlığı var. Amma dünyanı darmadağın etməyə cəmi bir neçə atom başlığı kifayət edir...

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".