DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKİYƏNİN İLK MÜŞAHİDƏ PEYKİ ORBİTƏ BURAXILIB

Türkiyənin ilk müşahidə peyki olanİMECEABŞ-ın Kaliforniyadakı Vandenberq bazasından orbitə buraxılıb. “Reportagentliyinin verdiyi xəbərə görə, bu barədəTRTtelekanalı məlumat yayıb.

Bildirilir ki, bir neçə dəfə təxirə salınmış raket buraxılışıSpaceXşirkəti tərəfindən aprelin 14- yerli vaxtla saat 23:47- həyata keçirilib.

Bununla yanaşı, Türkiyənin müdafiə naziri Hulusi Akar bu ərəfədə çıxışı zamanı peykin imkanlarından hərbi ehtiyaclar üçün fəal şəkildə istifadə edilməsinin planlaşdırıldığını qeyd edib. Onun sözlərinə görə, yüksək ayırdetmə qabiliyyətinə malik peyk təsvirlərinin istifadəsi sayəsində kəşfiyyat döyüş nəzarəti tapşırıqlarının həlli imkanları artacaq.

Məlumat üçün qeyd edək ki, “İMECEYerin müşahidə peykidir. O, 680 kilometr yüksəklikdə xidmət göstərəcək. Qurğu yüksək ayırdetmə qabiliyyətinə malik təsvirləri qəbul edib ötürə biləcək ki, bundan da xüsusilə aqrar sektorda problemlərin həlli, eləcə təbii fəlakətlərlə mübarizə iqlim proseslərinin monitorinqində istifadə oluna bilər.

 

FRANSA ŞƏHƏRLƏRİNDƏ KÜÇƏLƏR DÖYÜŞ MEYDANINI XATIRLADIR

Fransada pensiya islahatının qismən qanuni hesab edilməsindən sonra ölkənin müxtəlif şəhərlərində eyni vaxtda nümayişlər keçirilir. Bu barədəTRTtelekanalı məlumat yayıb.

Verilən xəbərə görə, fransızlar Paris, Lion, Renn Nant kimi müxtəlif şəhərlərdə küçələrə axışıblar.

Bununla yanaşı, paytaxt Parisdə bələdiyyə binasının qarşısında toplaşan nümayişçilər Fransa Konstitusiya Şurasının qərarından sonra yürüş ediblər.

Paytaxtın Respublika Meydanında yürüş edən nümayişçilər küçələrdəki zibil qutularını yandırıblar. Nümayişçilər avtobus dayanacaqlarının şüşələrini sındıraraqParis, ayağa qalxşüarını səsləndiriblər.

Məlumata əsasən, polis etirazçılara gözyaşardıcı qaz dəyənəklərlə müqavimət göstərib.

Yerli media orqanları Nant şəhərində polislə nümayişçilər arasında gərginliyin artdığını, nümayişçilərin Nant bələdiyyəsinin binasına hücum etdiyini bildirib.

 

BVF AVROPA ölkƏlƏrinƏ YÜKSƏK İNFLYASİYA PROQNOZLAŞDIRIb

Avropa ölkələrini qısa müddət ərzində yavaş iqtisadi artım davamlı yüksək inflyasiya gözləyir. İnkişaf etmiş Avropa ölkələrində 2023- ildə inflyasiya orta hesabla təxminən 5,6 faiz təşkil edəcək. “Trendagentliyinin verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Avropa Departamentinin direktoru Alfred Kammer keçirdiyi mətbuat konfransında bildirib.

Departament direktorunun sözlərinə görə, Avropa ötən qışümumi tənəzzüldənyayınıb möhkəmlik nümayiş etdirib. Bununla belə, region bir sıra problemlərlə üz-üzədir: inflyasiyaya qalib gəlmək, iqtisadiyyatın bərpasını dəstəkləmək maliyyə sabitliyini təmin etmək.

İnflyasiya yüksək olaraq qalır. Əksər inkişaf etməkdə olan Avropa ölkələrində bəzi qabaqcıl iqtisadiyyatlarda bu, ikirəqəmli həddədir. Enerji qiymətləri aşağı düşüb, lakin digər məişət xərclərinin qiymətləri sürətlə artmaqda davam edir”, - deyə A.Kammer vurğulayıb.

Eyni zamanda, BVF rəsmisi qeyd edib ki, Avropa üçün yavaş artım davamlı inflyasiya proqnozlaşdırılır.

 

NİDERLANDDA 12 YAŞLI UŞAQLARA EVTANAZİYA HÜQUQU VERİLİB

Niderland hökuməti dözülməz ağrılardan əziyyət çəkən sağalmaq ümidi olmayan 12 yaşından kiçik uşaqlara evtanaziya hüququ verib. Bu barədəReportagentliyiDe Telegraafnəşrinə istinadən xəbər verib.

Məlumata əsasən, Nazirlər Şurası ölkənin Səhiyyə Nazirliyinin hazırladığı hökumət üzvləri tərəfindən razılaşdırılan əsasnaməni qəbul edib. Bununla da 12 yaşa qədər uşaqlara evtanaziya hüququ verilib.

Xatırladaq ki, bundan əvvəl evtanaziya üçün protokol bir yaşa qədər ölümcül xəstələrə şamil edilirdi.

Məlumat üçün qeyd edək ki, Belçika  2014- ildən sağalmaq ümidi olmayan çox əziyyət çəkən 12 yaşından kiçik uşaqlara evtanaziya hüququ verən ilk ölkədir.

 

PENTAQONUN MƏXFİ SƏNƏDLƏRİNİN GİZLİ MƏQAMLARI ÜZƏ ÇIXIB

Pentaqonun məxfi sənədlərinin mediaya sızdırılması bir çox gizli məqamların üzə çıxmasına səbəb olub. Böyük BritaniyanınThe Telegraphqəzeti yayılmış sənədlərdə təhlükəli bir detalı oxucuları ilə bölüşüb.

Məlumata əsasən, ötən il RusiyanınSu-27” qırıcı təyyarəsinin pilotu mərkəzdən verilən əmri səhv başa düşərək, Böyük Britaniyanın müşahidə təyyarəsinə doğru raket zərbəsi endirib. Lakin həmin vaxt təyyarədə yaranan texniki xəta böyük böhranın qarşısını alıb. Pilot raketi atmağa çalışsa da, buraxılış baş tutmayıb.

Eyni zamanda, ötən il sentyabrın 29-da Qara dənizdə baş vermiş insidentlə tanış olan iki ABŞ hərbi rəsmisi həmin vaxt hadisənin çox ciddi qəbul edildiyini, müharibəyə səbəb olacağını açıqlayıblar. Rəsmilərdən biri hadisənihəqiqətən qorxunckimi dəyərləndirib.

Böyük Britaniya müdafiə naziri Ben Uolles ötən ilin oktyabrında Rusiya qırıcısının İngiltərə təyyarəsi yaxınlığında raket atdığını açıqlamış Kremlin bununtexniki nasazlıqolduğunu bildirdiyini vurğulamışdı.

 

ALMANİYACOVID-19” PEYVƏNDİNİN FƏSADLARINA GÖRƏ TƏZMİNAT ÖDƏYƏCƏK

Almaniyada koronavirusa qarşı peyvəndlərin yaratdığı ağır fəsadlara görə məhkəməyə müraciət edənlərə hər ay ömürlük təzminat ödənilməyə başlanıb. “Trendagentliyinin məlumatına görə, “COVID-19” peyvəndlərinin yan təsirləri səbəbilə indiyədək 301 təzminat müraciətinin təsdiqləndiyi Almaniyada müraciətləri qəbul edilən şəxslərə ömür boyu 164-854 avro arasında ödəniş ediləcək. Zərurət yaranarsa, bu şəxslərin müalicə xərcləri dövlət tərəfindən qarşılanacaq.

Bildirilir ki, Almaniyada peyvənd dərmanları təsdiqləyən səlahiyyətli qurum olan Paul Ehrlich İnstitutunun peyvənd fəsadları siyahısındakı simptomlara görə, “COVID-19” peyvəndlərinə ürək xəstəlikləri, qan laxtalanması, üz iflici, “Guillain-Barresindromu adlı əzələ xəstəliyi daxildir.

Qeyd edilir ki, peyvənd istehsalçısıBiontechşirkəti tərəfindən mövzu ilə bağlı edilən şərhdə, “Biontechpeyvəndinin araşdırılan hallarda sağlamlıq problemləri ilə əlaqəsinin sübuta yetirilmədiyi bəyan edilib.

 

DÜNYANIN SONUNU GÖZLƏYƏN DÖRD NƏFƏR ACLIQDAN ÖLÜB

Keniyanın şərqində dünyanın sonunun yaxınlaşdığını düşünən bu səbəbdən aclıq edən dini təriqətin dörd üzvü vəfat edib. “Reportagentliyinin verdiyi xəbərə görə, bu barədə Keniyanın Kilifi dairəsinin polisi məlumat yayıb.

Ölənlər Keniyada 20 il əvvəl pastor Pol Makkenzi tərəfindən yaradılmış, qalmaqalları ilə məşhur olanXoş xəbərlərbeynəlxalq kilsəsinin üzvləri olublar. Daha 11 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 6-nın vəziyyəti ağırdır”, - deyə KeniyanınNationqəzeti polis nümayəndəsindən sitat gətirib.

Verilən xəbərə görə, icma bir neçə gün əvvəl dünyanın sonunun gələcəyini iddia edərək meşənin dərinliyinə çəkilib.

Xatırladaq ki, pastor Makkenzi dindarın əbədi həyat qazanmasının ən sürətli yolu kimi sərt aclıq formalarında israr etməsi ilə tanınır.

2017-ci ildən bəri Keniya məhkəmələri pastora qarşı müxtəlif ittihamlarla iddialar qaldırsalar da, o, azadlıqda qalmağa davam edib. Ötən ay isə o, iki uşağın aclıqdan ölümündə əli olmaqda şübhəli bilinərək həbs edilib.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.