DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

VAQNERİN RƏHBƏRİ MAYIN 10-DA BAXMUTDAN ÇIXACAQLARINI AÇIQLAYIB

Vaqnermuzdlu hərbi təşkilatı mayın 10-da Donetsk vilayətinin Baxmut şəhərindən çıxacaq. “Reportagentliyinin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə qrpulaşmanın rəhbəri Yevgeni Priqojin bəyan edib.

Məlumata əsasənVaqnerrəhbəri bu barədə müvafiq qərar qəbul olunduğunu buna səbəb kimi silah-sursat çatışmazlığını göstərib.

Qeyd edək ki, Yevqeni Priqojin daha öncə Rusiya Müdafiə Nazirliyini tənqid etmişdi. Həmçinin Müdafiə Nazirliyi iləVaqnerarasında müəyyən fikir ayrılığının olduğu bildirilir.

Bununla yanaşı, Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun nümayəndəsi Sergey Çerevatı bildirib ki, Yevgeni Priqojinin Donetsk vilayətinin Baxmut şəhərindən çıxmaq barədə qərarı daxili qarşıdurma ilə bağlıdır.

Məlumat üçün qeyd edək ki, hazırda Ukraynanın Baxmut şəhəri uğrunda 7 aydan çoxdur gərgin döyüşlər gedir.

 

İSVEÇ TÜRKİYƏNİN BU TƏLƏBİNİ YERİNƏ YETİRDİ

Türkiyənin İsveçdəki səfirliyi önündə yanvar ayında Quranı yandıran danimarkalı irqçi siyasətçi Rasmus Paludan haqqında Malmö Prokurorluğu tərəfindən qiyabi həbs qərarı verilib. “Teleqraf.comun xəbərinə görə, bu barədə İsveçinAftonbladetqəzeti məlumat yayıb.

Bildirilir ki, sözügedən qərar müxtəlif şəxs qurumların nifrət cinayəti iddiası qaldırmasından sonra qəbul edilib.

Eyni zamanda, qəzetə açıqlama verən Rəsmus Paludan deyib: “İsveç, xüsusilə Malmö polisi məni qorumaq istəmir, ona görə İsveçə gəlmək mənim üçün təhlükəlidir İsveçə gəlmək istəmirəm, onlayn ifadə vermək istəyirəm”.

Bununla yanaşı, R.Paludan haqqında qiyabi həbs qərarı çıxaran prokuror Adrian Kombe HoqqAftonbladetə mövzu ilə bağlı açıqlama vermək istəmədiyini bildirib.

Xatırladaq ki, İstanbul Vəkillər Kollegiyası yanvarda Türkiyə səfirliyi qarşısındakı təxribatdan sonra Paludan barəsində cinayət işinin açılması üçün Stokholm polisinə müraciət etmişdi.

 

EV: ABŞ-da MİLYONLARLA İNSAN İŞ YERİNİ İTİRƏ BİLƏR

ABŞ-da uzun sürən defolt ssenarisində ölkədə, təxminən səkkiz milyon nəfər yerlərinin itirilməsi ilə üz-üzə qala bilər. “Sputnikinformasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Evin nəzdindəki İqtisadi Məsləhətçilər Şurasının hesabatında qeyd olunur.

Moody'sreytinq agentliyi bildirib ki, borc tavanının xalis artması ilə yerlərinin çoxalması növbəti bir neçə rüb ərzində davam edəcək. Belə ki, 900 min yerinin əlavə olunması proqnozlaşdırılır. Lakin uzun sürən defolt ssenarisi nəticəsində 8 milyon insan işini itirəcək.

Bununla yanaşı, federal yerli hökumətlər genişləndirilmiş işsizlik sığortasına vəsait xərcləmək imkanına malik olmasalar, köməksiz qalacaqlar. Administrasiyanın fikrincə, bu, əhali üçün bank kreditləri ilə bağlı problemlərə səbəb olacaq, çünki maliyyə institutları faiz dərəcələrini kəskin artırmaq məcburiyyətində qalacaqlar.

 

ŞİMALİ KOREYA NÜVƏ POLİQONUNDA AKTİVLİYİ ARTIRIB

Koreya Xalq Demokratik Respublikası (KXDR) 2018-ci ildə dağıdılmış Pungeri poliqonunda bir neçə obyekt tikib. “Reportagentliyinin verdiyi xəbərə görə, bu barədə Amerika Strateji Beynəlxalq Araşdırmalar Mərkəzindən bildirilib.

MərkəzinBeyond Parallellayihəsinin iştirakçılarının qiymətləndirməsinə görə, peyk görüntüləri belə qənaətə gəlməyə imkan verir ki, Şimali Koreya Pungeridə xeyli zamandır dayandırdığı fəaliyyətini bərpa edib.

Məlumata əsasən, yerli mütəxəssislər tunellərdən birinin dağıdılmış girişinə aparan yolun tikintisini başa çatdırıb ərazidə iki kiçik bina inşa ediblər.

Bu yaxınlarda qeydə alınan aktivlik hazırlanan nüvə sınaqlarının mütləq əlaməti olmasa da, yeddinci nüvə sınağı böyük ehtimalla Pungeri nüvə poliqonunda keçiriləcək”, - deyə layihə iştirakçıları vurğulayıblar.

 

BAYDEN APARICI ŞİRKƏTLƏRLƏ SÜNİ İNTELLEKTİN RİSKLƏRİNİ MÜZAKİRƏ EDİB

ABŞ prezidenti Cozef Bayden yeni texnologiya ilə bağlı riskləri təhlükəsizlik tədbirlərini müzakirə etmək üçün Evdə aparıcı süni intellekt şirkətləri, o cümlədənGoogleMicrosoftrəhbərləri ilə görüşüb. Bu barədəReport”  agentliyiRöytersə istinadən məlumat yayıb.

Verilən xəbərə əsasən, iki saat davam edən görüşdəGoogledan Sundar Piçai, “Microsoftdan Satya Nadella, “OpenAIdan Sem Altman Anthropicdən Dario Amodei, həmçinin ABŞ-ın vitse-prezidenti Kamala Harris, administrasiya rəsmiləri, milli təhlükəsizlik müşaviri Ceyk Sallivan, ticarət naziri Cina Raymondo başqaları iştirak ediblər.

Evin açıqlamasına görə, süni intellekt texnologiyası gündəlik həyatı yaxşılaşdırsa da, təhlükəsizlik, məxfilik vətəndaş hüquqları ilə bağlı narahatlıqları artıra bilər.

Cozef Bayden administrasiyasının rəsmilərinin sözlərinə əsasən, süni intellekt şirkətləri istehsal etdikləri məhsulların təhlükəsizliyini təmin etmək üçün qanuni məsuliyyət daşıyırlar administrasiya yeni qaydaları irəli sürməyə, eləcə süni intellektlə bağlı yeni qanunvericiliyi dəstəkləməyə açıqdır.

 

ÇİN UKRAYNA İLƏ RUSİYANIN SÜLH DANIŞIQLARI ÜÇÜN HƏRƏKƏTƏ KEÇDİ

Çin Ukraynadakı müharibə ilə bağlı sülh danışıqlarına kömək edəcək Rusiya ilə əlaqə koordinasiyanı davam etdirməyə hazırdır. “Teleqraf.comun verdiyi xəbərə görə, bunu Çin xarici işlər naziri Tsin Qan rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı bəyan edib.

Tərəflər Ukrayna böhranı ilə bağlı fikir mübadiləsi aparıblar. Tsin Qan bildirib ki, Çin sülh danışıqlarını israrla təşviq edəcək böhranın siyasi həllinə maddi töhfə vermək üçün Rusiya ilə əlaqə koordinasiyanı davam etdirməyə hazırdır”, - deyə Çin XİN-in açıqlamasında qeyd olunur.

Məlumata görə, görüş zamanı Seygey Lavrov vurğulayıb ki, Rusiya Ukrayna böhranının siyasi həlli ilə bağlı Çinin mövqeyinə önəm verir, bu ölkənin prinsipial mövqeyi ilə razılaşır Çinlə sıx əlaqə saxlamağa hazırdır.

Eyni zamanda, Lavrov iddia edib ki, Çin lideri Si Cinpinin Rusiyaya uğurlu səfəri ikitərəfli münasibətlərin inkişafına güclü təkan verib: “Kreml müxtəlif sahələrdə əməkdaşlığı gücləndirmək ikitərəfli münasibətləri daha yüksək səviyyəyə çatdırmaq üçün Pekinlə əməkdaşlığa hazırdır”.

 

SERBİYA PREZİDENTİ ÖLÜM HÖKMÜNÜN BƏRPASINI İSTƏYİR

Serbiya prezidenti Aleksandr Vuçiç hökumətə ölkədə ölüm hökmünün geri qaytarılmasını təklif edib. “Teleqraf.comun məlumatına görə, bu barədə prezidentin açıqlamasında qeyd olunur. Buna baxmayaraq, Nazirlər Kabineti beynəlxalq normalarla əlaqədar olaraq bu təklifi qəbul etməyib.

Hökumət rəhbəri Ana Brnabiçə ölkədə ölüm hökmünün geri qaytarılmasını təklif etdim, lakin o hökumət buna qarşıdırlar. Çünki bunu etsək Belarusla birlikdə Avropada ölüm hökmü mövcud olan ikinci ölkə olardıq. Biz isə bir sıra konvensiyalara görə bunu edə bilmərik. Əvvəllər ölüm cəzasına qarşı idim belə bir siyasi mövqeyim olduğuna görə indi təəssüf hissi keçirirəm”, - deyə Aleksandr Vuçiç bildirib.

Xatırladaq ki, mayın 4- 21 yaşlı gənc ölkənin Mladenovaç bölgəsində silahlı insident törədib. Hadisə nəticəsində 8 nəfər həlak olub, daha 13 nəfər isə yaralanıbSerbiyanın XİN rəhbəri insidenti terror aktı adlandırıb. Bununla yanaşı, mayın 3-ü Serbiyada məktəbdə 7-ci sinif şagirdi tərəfindən silahlı hücum törədilib. Bu zaman 9 nəfər həlak olub, daha 7 nəfər isə yaralanıb.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.