ELMİ-PRAKTİK KONFRANS
Region

ELMİ-PRAKTİK KONFRANS

Tərtər rayon icra hakimiyyətində Milli Məclisin deputatlarının iştirakı ilə "Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü" mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatları Rasim Musabəyov, Musa Qasımlı, Elman Nəsirov, Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, qazilər, idarə, müəssisə və təşkilat rəhbərləri, İƏD üzrə nümayəndələr, təhsil, səhiyyə, mədəniyyət işçiləri və KİV nümayəndələri iştirak ediblər.

Konfrans iştirakçıları öncə ümummilli liderin abidəsini və şəhidlər abidə kompleksini ziyarət edib, xatirələrinə ehtiram əlaməti olaraq önünə gül dəstələri düzüblər.

Rayon Mədəniyyət Mərkəzi tərəfindən ulu öndərin 100 illik yubileyi münasibətilə təşkil edilmiş kitab sərgisinə baxdıqdan sonra konfrans öz işinə başlayıb.

Sonra rayon icra hakimiyyətinin Mədəniyyət Mərkəzi ilə birgə ümummilli liderin 100 illik yubileyi münasibətilə hazırladıqları "Ulu öndər tərtərlilərin yaddaşında" filminin təqdimatı olub.

İcra başçısı ulu öndərin hakimiyyəti dövründə rayonda görülən işlərdən geniş bəhs etmişdir.

Sonra Milli Məclisin deputatları politoloq Rasim Musabəyov "Heydər Əliyev və Azərbaycanın xarici siyasəti", "Şöhrət" ordenli Musa Qasımlı "Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü", Elman Nəsirov "Heydər Əliyevin energetika siyasəti" və politoloq Sahib Alıyev "Heydər Əliyev və Türk dünyası" mövzularında çıxış ediblər.

Konfransın sonunda qonaqlara rayon icra hakimiyyəti tərəfindən fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.

V.VƏLİYEV,

"Respublika".