Nəsillərə örnək
Region

Nəsillərə örnək

Torpaq, Vətən uğrunda gedən döyüşlərdə  şəhidlik zirvəsinə ucalanları bu gün xatırlamaq  mənəvi borcumuzdur. Bu müharibə Azərbaycana zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha  tanıtdı. Şəhidlik əbədiyyət zirvəsidir. Ən ali, müqəddəs şərəfli zirvə olan şəhidlik məqamına yüksələnlər daim qəlblərdə yaşayırlar. Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edənlər hər zaman hörmətlə anılırlar.

Azərbaycan gəncinin millətinə, dövlətinə torpağına bağlılığının bariz nümunəsi, vətənpərvərliyi ilə gələcək nəsillərə örnək olan şücaətli oğullardan biri şəhid Yusif Cəfərovdur. Vətən müharibəsi şəhidi Yusif Mübariz oğlu Cəfərov 1996- ilin aprelin 22- Şirvan şəhərində anadan olub. Atası Mübariz Birinci Qarabağ müharibəsində döyüşərək 1992-ci ildə yaralanmış, uzun müddət müalicələr alsa da Yusifin 3 yaşında ikən dünyasını dəyişib.

Yusif Gülbəniz xanımın gözünün ağı-qarası yeganə övladı idi. Anası bütün arzularını, ümidlərini, xəyallarını, hər şeyini Yusifə bağlamışdı. Yusif kiçik yaşlarından ağlı, tərbiyəsi, davranışları ilə anasının tənha həyatına nur saçırdı. 2002-ci ildə Şirvan şəhər 2 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olan Yusif ilk gündən dərslərinə məsuliyyətlə yanaşır, hər zaman hazırlıqlı olmağa çalışırdı. Orta məktəb illərində müəllimlərinin sinif yoldaşlarının hörmətini qazanmışdı. Yusifin yaradıcılıq istedadı var idi. Gözəl şeirlər yazır, rəsmlər çəkirdi. Hətta atasının adını özünə təxəllüs seçmişdi - Yusif Mübariz. İntizamı, prinsipiallığı, zəhməti tezliklə ona tələbə adını qazandırır. 2013- ildə orta məktəbi bitirdikdən sonra Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olur 2017-ci ildə ali təhsilini başa vurur.

2018-ci ildə  Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılır 1 il əsgər kimi Vətənə xidməti borcunu ləyaqətlə yerinə yetirir. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında" 28 sentyabr 2020-ci il tarixli Sərəncamına əsasən sentyabrın 30-da cəbhəyə yollanır. Füzuli, Cəbrayıl, Zəngilan Qubadlının işğaldan azad olunması uğrunda döyüşlərdə əsl qəhrəmanlıq nümunələri göstərir. Xocavənd döyüşlərində qəhrəmancasına şəhid olan Yusif Cəfərov 2020-ci ilin noyabrın 4- Şirvan Şəhər Şəhidlər xiyabanında izdihamla torpağa tapşırılır.

Yusif hərbi hissə rəhbərliyinin döyüş yoldaşlarının xatirəsində mətin, mübariz, cəsarətli əsgər kimi qalıb. Döyüş tapşırıqlarını şərəflə yerinə yetirdiyinə görə Yusifin xidmətləri dövlət başçısı tərəfindən yüksək qiymətləndirilib.    Prezident İlham Əliyevin Sərəncamına əsasən "Vətən uğrunda, "Cəbrayılın azad olunmasına görə",   "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidin anası Gülbəniz xanım Yusifin vətənpərvərlik ruhunda tərbiyə olunduğundan, hərbi xidmət zamanı göstərdiyi qəhrəmanlığından fəxrlə söz açır. Bildirir ki, Yusif öz ailə üzvlərinə, yaxınlarına qarşı çox həssas olub. Cəbrayıl, Qubadlı rayonlarının ərazisində gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Oğlum gələcək nəsillərə örnəkdir. Yaralı döyüş yoldaşlarının həyatını xilas edib. Qürur duyuram ki, şəhid anasıyam. Yusif tək mənim yox, bütün Azərbaycanın oğludur.

Ömrünü Vətən yolunda qurban verən Yusif qələbəni görməsə , adını heç zaman unudulmayacaq qəhrəmanlar salnaməsinə yazdırdı. qədər ki, canını Vətən uğrunda əsirgəməyən igidlərimiz var, Azərbaycan daim yaşayacaq, ucalacaq qalib gələcək!

Müşfiq CƏFƏROV,

"Respublika".