BÖLGƏ XƏBƏRLƏRİ
Region

BÖLGƏ XƏBƏRLƏRİ

Ağdam

Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Ağdam Rayon İcra Hakimiyyəti Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə "Heydər Əliyevin zəngin dövlətçilik irsinin əsas istiqamətləri" mövzusunda elmi-praktiki konfrans keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi ziyarət edilib, önünə tər gül dəstələri düzülüb. Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin foyesində ulu öndərin çoxşaxəli fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotostendlə tanış olublar. Konfransda Ümummilli Lider Heydər Əliyevin respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov başqaları çıxış edərək xalqımızın ümummilli lideri, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyət olmasından, bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən xalq qarşısındakı misilsiz xidmətlərindən bəhs ediblər.

 

Xocavənd

Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olmuş İman Bəhrəm Məmmədzadə qardaşlarının ailəsi işğaldan azad edilən ərazilərə səfər edib. Şəhidlərin ailəsi Hadrut qəsəbəsində aparılan tikinti-quruculuq işləri ilə tanış olub, övladlarının şəhadətə yüksəldiyi ərazini ziyarət edib. Doğma yurd yerlərinə səfərdən sonra ailəni Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, şəhid ailələri rayon ictimaiyyətinin nümayəndələri qarşılayıblar. Tədbir iştirakçıları Şəhidlər Xiyabanını ziyarət edərək torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıqla həlak olan Vətən oğullarının adları yazılmış abidə şəhid məzarları üzərinə tər çiçəklər düzüb onların əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra çay süfrəsi arxasında davam edən görüşdə rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri məhz şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır.

Görüşdə iştirak edən şəhid valideynləri övladlarının keçdikləri döyüş yolundan söz açıb, onlarla bağlı xatirələrini bölüşüblər.

 

Ağcabədi

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində iyunun 4- Ağcabədi rayonundakı şəhid ailələrinin Şuşa şəhərinə səfəri təşkil edilib. Yolboyu düşmən tərəfindən dağıdılmış evlər, kol-kos basmış küçələr, yandırılmış yerlər arasında oğlundan hansısa iz, hansısa nişanə tapacağı ümidi ilə heç bir daşı, heç bir ağacı belə nəzərdən qaçırmayan şəhid valideynlərinin həyəcanını, kədərini dolambac yolları qalxdıqca, yüksəkliyə doğru getdikcə, Şuşanın necə alınmaz qala olduğunu gördükcə heyrət qürur əvəz edib.

Oğlu Şuşa döyüşlərində şəhid olan Zülfiyyə Rəhimova özü ilə gətirdiyi çiçəkləri qayalardan aşağı, oğlunun yara aldığı Topxana meşəsi tərəfə səpərək təsəlli tapıb. Şəhid anasının "Ömərim mənə demişdi ki, səni Şuşaya aparacam, amma olmadı, mən özüm gəldim" nidası bütün şəhidlərimizin əziz xatirəsinə bir təsəlli olub.

Birinci İkinci Qarabağ müharibələrinin iştirakçısı olan şəhidlərin ailə üzvləri, Aprel döyüşlərinin şəhidi Dilsuz Qarayevin, ermənilərin 13 sentyabr təxribatının qarşısı alınarkən sinəsini sipər edən Emin Fərzəliyevin anaları da şəhidlərimizin qanı tökülən torpağı oxşayıb, əzizləyiblər.

Prezident, Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağı Şərqi Zəngəzuru məhz qəhrəman oğullarımız azad etdi onun rəhbərliyi ilə indi bu torpaqlara yenidən həyat qayıdır. Şuşa səfərində şəhid valideynləri şəhid xanımları qəhrəman oğullarımızın şücaəti sayəsində azad edilən qalada aparılan genişmiqyaslı quruculuq işləri ilə tanış olublar.

Salman ALIOĞLU,

"Respublika".