Vətəndaş məmnunluğu yüksəlir
Region

Vətəndaş məmnunluğu yüksəlir

Səyyar qəbul qrafikinə əsasən Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti qəbulu Sabirabad rayonunda məskunlaşan rayon sakinləri ilə keçirildi.

Sabirabad rayonu, Güdəcühür köçkün qəsəbəsində keçirilən qəbulda RİH-in məsul əməkdaşları, idarə və təşkilat rəhbərləri iştirak etdilər.

Rayon rəhbəri işğaldan azad olunmuş bütün ərazilərimizdə böyük quruculuq işlərinin həta keçirildiyinə toxunaraq Zəngilanın müasir səviyyədə inkişaf etdiyini konkret faktlarla vurğuladı. Qeyd etdi ki, 30 il ərzində köçkünlük şəraitində yaşayan rayon sakinləri indi tam şəraiti olan doğma yurdlarına qayıdır. Ağıllı kəndi sivil inkişaf məkanına çevrildiyindən ora qayıdan bütün sakinlər onlar üçün yaradılan şəraitdən öz məmnunluqlarını ifadə edir, dövlətimizə minnətdarlıq bildirirlər. Bu səbəbdən də rayonumuz dünyanın tam problemsiz yaşayış məskəni kimi tarixə düşərək rifah halımız durmadan yaxşılaşacaq.

Səyyar görüşdə müraciət edən vətəndaşların problemləri diqqətlə dinlənildikdən sonra qaldırılan məsələlərin bir çoxunun həlli ilə əlaqədar rayon rəhbəri tərəfindən aidiyyəti qurumlara tapşırıqlar verildi.

M.NƏRİMANOĞLU,

“Respublika”