Belçikada şirkətlərin üçdə biri işə götürərkən süni intellektdən istifadə edir
Dünya xəbərləri

Belçikada şirkətlərin üçdə biri işə götürərkən süni intellektdən istifadə edir

İnsan Resursları şirkətinin apardığı bir araşdırmaya görə, Belçikadakı 100 şirkətdən 30-a qədəri yeni işə qəbulda süni intellektdən istifadə edir və bu nisbətin tezliklə yüzdə əlliyə çatacağı gözlənilir.

“Respublika” xəbər verir ki, bu barədə "Anadolo Agentliyi" məlumat yayıb.

Belçikada keçirilən tədqiqat araşdırmalarında bəlli olub ki, 510 işəgötürəndən 10 faizi süni intellektdən çoxdan istifadə etdiklərini, 21 faizi isə bu yaxınlarda təcrübəyə keçdiklərini söyləyib. Şirkətlərin yüzdə 18-i də 12 ay ərzində süni intellekt tətbiqetmələrinə keçəcəklərini bildirib.

Şirkətlər işə qəbul mərhələlərində, CV seçimindən tutmuş ilk müsahibələrə qədər süni intellekt robotlarından istifadə edirlər.

Musa Bağırlı,

“Respublika”.