Sudanda humanitar böhran dərinləşib
Dünya xəbərləri

Sudanda humanitar böhran dərinləşib

Sudanda davam edən silahlı münaqişə humanitar böhranı daha da gücləndirib. 

"Respublika" xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının rəsmisi açıqlama yayıb. Mohammed Qamal bildirib ki, ölkədə 19 milyondan çox insan ərzaq təhlükəsizliyi ilə üzləşib. 

Onun sözlərinə görə, əhalinin təxminən yarısı, yəni 24,7 milyon şəxs humanitar yardıma möhtacdır. Onların 13 milyonunu isə uşaqlar təşkil edir. 

Jalə QASIMZADƏ, 

"Respublika".