ELMİ-TEXNİKİ YENİLİKLƏR
Maraqlı

ELMİ-TEXNİKİ YENİLİKLƏR

"Xiaomi" elektromobilinin hibrid versiyası

"Xiaomi" şirkəti öz ilk elektromobili üzərində aktiv şəkildə çalışmağa davam edir. Belə ki, artıq yeni elektromobilin istehsal ediləcəyi zavodun ilk fotoları da ortaya çıxıb. Şirkətdən verilən məlumata əsasən yaxın gələcəkdə ilk elektromobilin, həmçinin hibrid versiyasının təqdimatı da nəzərdə tutulur.

Qeyd edək ki, təqdim ediləcək hibrid versiya özündə elektrikli mühərrik ilə birlikdə 1.5 litrli benzin mühərrikini birləşdirəcək. Bundan əlavə olaraq elektromobilin digər iki versiyasının sahib olacaqları batareyalar barəsində də məlumat verilib. Məlumata əsasən birinci versiya 400 voltluq arxitekturaya sahib "BYD Blade" adlı batareya ilə, ikinci versiya isə 800 voltluq arxitekturaya sahib "CATL Qilin" adlı batareyaya sahib olacaq. "CATL Qilin" batareyasının həcmi isə 101 kilovat/saat təşkil edəcək. Qeyd edək ki, şirkət elektromobilin hibrid versiyasını gələn il satışa çıxarmağı planlaşdırır. Elektromobilin özü isə bu ilin sonuna kimi təqdim oluna bilər.

Zəlzələdən daha tez xəbər tutacağıq

Texas Universitetinin (UT) tədqiqatçıları zəlzələləri baş verməmişdən bir həftə əvvəl 70 faiz dəqiqliklə proqnozlaşdıra bilən süni intellekt sistemi yaradıblar.

Qeyd edək ki, sınaqlar yeddi ay müddətində Çində aparılıb. Etibarlı AI zəlzələ proqnozlaşdırma sisteminin nəhayət, mövcud ola biləcəyinə böyük ümid var. Belə ki, süni intellekt sistemi 14 zəlzələnin baş verəcəyini demək olar düzgün proqnozlaşdırıb.   Səkkiz yanlış xəbərdarlığı qeyd edən sistem, yalnız bir zəlzələni qaçırıb. Ona görə də sistemin dəqiqliyi 70 faiz təşkil edib. Tədqiqatçılara görə bu, böyük göstəricidir və bütün dünyada zəlzələ səbəbindən ölənlərin sayını minimuma endirə bilər.

Texas Seysmoloji Şəbəkəsi (TexNet) proqramını, əyalətin seysmik şəbəkəsini idarə edən böyük tədqiqatçı alim Alexandros Savaidisin rəhbərliyi ilə tədqiqatçılar öz modellərini güclü seysmik aktivliyə malik bölgələrdə sınaqdan keçirmək istəyirlər. Bu istiqamətdə Kaliforniya, İtaliya, Yaponiya, Yunanıstan, Türkiyə və Texas kimi yerlər növbəti təyinat yerləri olacaq. Bu qədər məlumat üzərində işləmək modelə proses dəqiqliyini təkmilləşdirməyə və yerin təxminlərini faktiki zəlzələ episentrini daraltmağa imkan verəcək. Qeyd edək ki, növbəti sınaqlar Texasda aparılacaq.

Smartfonlara peyk internet xidməti gəlir

"Honor" şirkəti yeni smart saatını təqdim edib

"Honor" şirkəti yeni smart saatını təqdim edib.  "Honor Watch 4 Pro" adlı yeni  saatın əsas özəlliyi eSIM dəstəyinə sahib olmasıdır. Məhz bu səbəbdən "Honor Watch 4 Pro" smartfondan asılı olmayaraq müstəqil şəkildə işləyə bilir.

Smart saat 464x464 piksel keyfiyyətli 1.5 düym AMOLED ekranla təchiz olunub. Saatın gövdəsi 5ATM standartı üzrə sudan qorunur. Bununla yanaşı, cihaz özündə GPS və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Bundan əlavə, smart saat 64 MB RAM-a, 4 GB daxili yaddaş həcminə və 480 mAh enerji tutumlu batareyaya sahibdir. Üstəlik bu cihaz 4.5 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. "Honor Watch 4 Pro" adi rejimdə 14 gün ərzində, eSIM aktiv olduğu rejimdə isə 10 gün ərzində çalışa bilir. Qeyd edək ki, smart saat həmçinin müxtəlif idman rejimlərini dəstəkləyir və qandakı oksigen miqdarını, ürək döyüntülərinin tezliklərini ölçə bilir. Həmçinin smart saat yuxu keyfiyyətini və stres səviyyəsini də monitorinq edə bilir. Şirkətdən verilən məlumata görə, saat yaxın günlərdə satışa çıxarılacaq.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".