“Qarabağ”ın Sloveniya klubu ilə keçiriləcək səfər və cavab oyunlarına hakim təyinatları açıqlanıb
İdman

“Qarabağ”ın Sloveniya klubu ilə keçiriləcək səfər və cavab oyunlarına hakim təyinatları açıqlanıb

UEFA Avropa Liqasının pley-off mərhələsində ölkəmizin “Qarabağ” və Sloveniyanın “Olimpiya” komandaları arasında Lyublyana və Bakıda keçiriləcək səfər və cavab oyunlarının hakimləri açıqlanıb.

“Respublika” xəbər verir ki, hər iki komanda arasında Lyublyana şəhərində yerləşən “Stosiz” arenada keçiriləcək ilk matçı bolqarıstanlı FİFA referisi Georgi Kabakov idarə edəcək. Ona həmyerliləri Martin Marqaritov və Diyan Valkov köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Radoslav Gidjenov yerinə yetirəcək.

Bir həftə sonra Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab matçı isə İspaniyadan olan hakimlər briqadasına tapşırılıb. Qarşılaşmanı Alexandro Ernandes idarə edəcək. Ona yan xətt hakimləri Xose Naranyo və Dieqo Sançes Royo köməklik göstərəcəklər. Dördüncü hakim isə Alexandro Munyis Ruis olacaq.

Qeyd edək ki, ilk oyun avqustun 24-də Lyublyanada , cavab qarşılaşması isə avqustun 31-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.