Şuşada bayram namazı qılınıb
Gündəm

Şuşada bayram namazı qılınıb

İşğaldan azad olunmuş Şuşa şəhərində Ramazan bayramı namazı qılınıb.

"Respublika" AZƏRTAC-a istinadən xəbər verir ki, Yuxarı Gövhər Ağa məscidində qılınan bayram namazında xalqımız, dövlətimiz üçün dualar edilib.

Bayram namazında ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladları da yad olunub, ruhlarına dualar oxunub.