Rusiyada işləyən soydaşlarımızın rus dili imtahanında dəyişiklik olacaq
Diaspora

Rusiyada işləyən soydaşlarımızın rus dili imtahanında dəyişiklik olacaq

Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti (“Rosobrnadzor”) əmək miqrantları üçün rus dili imtahanında dəyişiklik ola biləcəyi barədə məlumat yayıb.

"Respublika" "Qazeta.ru"-ya istinadla xəbər verir ki, ilk olaraq imtahana şifahi nitqin qiymətləndirilməsinin daxil edilməsi imkanı nəzərdən keçiriləcək. Hazırda imtahanın şifahi hissəsi yalnız iş icazəsi və ya patent almaq üçün nəzərdə tutulub.

Həmçinin bal sisteminə yenidən baxmaq təklif edilib. Belə ki, miqrantlar üçün rus dili üzrə keçid balının 50-dən 80 bala (100 baldan) qaldırılması təklif edilir.

Nəzrin ELDARQIZI,

"Respublika"