Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar
İdman

Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycanın qadın şahmatçıları Yunanıstanın Rodos adasında baş tutacaq şəxsi Avropa çempionatına qatılacaqlar.

Azərbaycan Şahmat Federasiyasından "Respublika"ya verilən məlumata görə, 35 ölkənin təmsil olunduğu yarışda ölkəmizi qitə birinciliyində Günay Məmmədzadə, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Səbinə İbrahimova, Ayan Allahverdiyeva, Ləman Hacıyeva, Nərmin Abdinova və Səbinə Rzalı təmsil edəcəklər.

On turdan ibarət Avropa çempionatına aprelin 29-da yekun vurulacaq.