Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir
İqtisadiyyat

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Ankarada Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclası keçirilir.

"Respublika" xəbər verir ki, Türkiyə Kosmik Agentliyinin (TUA) təşkilati dəstəyi ilə keçirilən tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) təmsil edir. Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşündə dövlət başçılarının verdiyi tapşırıqlara əsasən, iclas iştirakçıları komik sahədə əməkdaşlığın daha da inkişafı məsələlərini müzakirə edəcəklər.

TDT ölkələrinin kosmik sahədə əməkdaşlığı məsələlərinə həsr olunmuş birinci iclas 2021-ci il dekabrın 20-də Bakıda keçirilib. Növbəti tədbir 2023-cü ildə Daşkənddə baş tutub. Bu iclasda kosmik sahədə qarşılıqlı fəaliyyətin prioritet istiqamətləri müəyyən edilib və razılaşdırılıb.

Qeyd edək ki, TDT-yə üzv və müşahidəçi ölkələrin mütəxəssisləri “CubeSat” birgə peykinin hazırlanması və kosmik fəzaya buraxılması üzərində işi davam etdirirlər. Layihə çərçivəsində artıq bir sıra əyani və onlayn müzakirələr aparılıb.