Azərbaycan Gürcüstandan qoyun idxalına çəkdiyi xərci 90 faiz azaldıb
İqtisadiyyat

Azərbaycan Gürcüstandan qoyun idxalına çəkdiyi xərci 90 faiz azaldıb

Bu ilin I rübündə Gürcüstan Azərbaycana 23,4 min ABŞ dolları dəyərində qoyun (diri) ixrac edib.

“Respublika”nın, Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 90 faiz azdır.

Beləliklə, Azərbaycan Gürcüstanın qoyun ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 992 min ABŞ dolları dəyərində qoyun satıb ki, bu da bir il əvvəlki göstəricidən 72 faiz azdır. O cümlədən, Qətərə 571 min ABŞ dolları dəyərində və Səudiyyə Ərəbistanına 396 min ABŞ dolları dəyərində qoyun tədarük edilib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricə 44 milyon ABŞ dolları dəyərində qoyun satıb ki, bunun da 14,9 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.